Bank Of Baku

Vaxtanq Kikabidze martın 8-də Bakıda konsert proqramı ilə çıxış edə bilər

Vaxtanq Kikabidze martın 8-də Bakıda konsert proqramı ilə çıxış edə bilər
# 04 fevral 2010 13:21 (UTC +04:00)
Tiflis. Nino Jvaniya-APA. Martın 3-də Tiflis Dövlət Filarmoniyasında görkəmli sənətçi Vaxtanq Kikabidzenin “Analar günü”nə həsr olunmuş konserti keçiriləcək. Daha sonra Bakıya gəlməyi planlaşdıran sənətçi martın 8-də Azərbaycan Dövlət Filarmoniyasında 8 mart münasibətilə konsert verməyi planlaşdırır. Bu barədə APA-nın Gürcüstandakı xüsusi müxbirinə açıqlama verən Kikabidze Bakı konsertinin təşkili ilə bağlı danışıqların davam etdiyini bildirib: “Konsertin sponsoru Azərbaycan Dövlət Neft Şirkətidir. Danışıqların nəticələri bir həftə sonra dəqiq məlum olacaq. Bakıya öz dostlarımla birlikdə getmək və birgə konsert vermək istərdim. Çünki biz hamımız bu şəhəri sevirik və orada olmaq şansını qaçırmaq istəmirik. Bu səfəri tur şəklində təşkil etmək əla olardı. Bu zaman bütün arzu edənlər avtobusla Bakı konsertimə gedə bilərdilər”.

Xatırladaq ki, 2008-ci ildə 70 illiyini qeyd edən Vaxtanq Kikabidze həmin ilin avqust hadisələrindən sonra Moskvadan Tiflisə köçüb və Rusiya ərazisində konsert proqramı ilə çıxışdan birdəfəlik imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR