Bank Of Baku

Azərbaycanı “Eurovision-2010”də təmsil etmək şansı olan Səfurə Əlizadə, Məryəm Şabanova və “Milk&Kisses” qrupu Kiyevdə hazırlıq prosesi keçəcəklər - FOTO

Azərbaycanı “Eurovision-2010”də təmsil etmək şansı olan Səfurə Əlizadə, Məryəm Şabanova və “Milk&Kisses” qrupu Kiyevdə hazırlıq prosesi keçəcəklər - <font color=red>FOTO</font>
# 04 fevral 2010 14:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin mayında Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli finala keçən üç namizəd – Səfurə Əlizadə, Məryəm Şabanova və “Milk&Kisses” qrupu sabah Ukraynanın paytaxtı Kiyevə səfər edəcəklər. Bununla bağlı APA-ya açıqlama verən Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli bildirib ki, finalçıların səfərinin məqsədi hazırlıq məqsədi daşıyır: “Sabahdan etibarən bir həftə müddətində üç finalçı ciddi hazırlıq mərhələsi keçəcəklər. Bir həftə ərzində müsabiqədə Azərbaycan təmsilçisinin ifa etməsi üçün təqdim olunan beşə yaxın yeni mahnı hər üç ifaçının ifasında lentə yazılacaq. Həmin bəstəkarların adları açıqlanmasa da, onlar arasında Yunanıstandan, Böyük Britaniyadan olan bəstəkarların əsərləri var. Bütün beş mahnı yenidir və eyni mahnılar üç finalçının ifasında yazıldıqdan sonra milli münsiflər heyətinin ixtiyarına veriləcək”. Z. Bədəlbəylinin sözlərinə görə, bu işdə Azərbaycana hər il olduğu kimi bu ildə Ukraynanın “Lüksen” və “EuroMedia” şirkətləri yardım edəcək. Məhz “EuroMedia” şirkətinin təşəbbüsü ilə Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil etmək iddiasında olan bu üç namizədin ifaları Ukraynanın ən yaxşı səsyazma studiyalarından birində hazırlanacaq. Bundan əlavə, bir həftə müddətində üç finalçı üçün ingilis dili hazırlığı, rəqs və ifa dərsləri təşkil olunacaq: “Bir həftə az müddətdir, ancaq bu müddətdə çox iş görmək nəzərdə tutulub. Finalçının seçilməsi üçün bu cür yüksək səviyyədə hazırlıq lazımdır. Biz “Eurovision-2010” müsabiqəsində Azərbaycanın ön sıralarda olması üçün var-gücümüzlə çalışırıq. Bu müsabiqədə ən önəmli olan mahnıdır. Elə buna görə də finalçıların mahnılarının üzərində bu qədər işlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR