Bank Of Baku

Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə rəsmi fan-klubu mükafatlandırma mərasimi keçirib - FOTOSESSİYA

Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə rəsmi fan-klubu mükafatlandırma mərasimi keçirib - <font color=red>FOTOSESSİYA </font>
# 05 fevral 2010 08:47 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə rəsmi fan-klubu olan “Ogae Azerbaidjan” xüsusi mükafatlar təsis edib. APA-nın məlumatına görə, ilk dəfə olaraq təsis edilən bu mükafatın təqdimetmə mərasimi keçirilib. “Ogae Azerbaidjan”ın vitse-prezidenti Ömər Əbdülkərimov deyib ki, bu ildən etibarən təsis edilən mükafat bundan sonra ənənə halını alacaq: “Rəsmi fan-klub olaraq bu mükafatın təsis edilməsini çoxdan planlaşdırırdıq. Ancaq bu ilə nəsib imiş və biz bu ilin ən yaxşılarını bütün fan-klub üzvləri ilə birgə seçdik. “Eurovision” sahəsində dörd nominasiyada mükafat təqdim edirik”.

Təqdimetmə mərasimində Ö. Əbdülkərimov və fan-klubun üzvləri tərəfindən mükafata layiq görülənlərə diplomlar təqdim edilib. “Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün yarımfinala vəsiqə qazanan, lakin finala keçə bilməyən Elli Miçiyeva “The best perfomans” (“Ən yaxşı çıxış”) nominasiyasında, finala vəsiqə qazanan “Milk&Kisses” qrupu və Səfurə Əlizadə isə xüsusi mükafatla təltif olunub. “Ogae Azerbaidjan”ın qərarı ilə “Eurovision” mahnı müsabiqəsini işıqlandıran “The best journalist” (“Ən yaxşı journalist”) nominasiyasında isə APA-nın əməkdaşı Ülkər Qasımova mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR