Bank Of Baku

Fərhad Bədəlbəyli: “Milli finala vəsiqə qazanan namizədlər “Eurovision-2010”-da iştiraka hələ hazır deyillər”

Fərhad Bədəlbəyli: “Milli finala vəsiqə qazanan namizədlər “Eurovision-2010”-da iştiraka hələ hazır deyillər”
# 05 fevral 2010 13:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli seçimlərdə finala vəsiqə qazanan üç namizəd bu müddət ərzində üzərlərində çox işləməlidirlər. İstedadlı olsalar da, hələ bu yarışmada iştiraka hazır deyillər”. Bu sözləri APA-ya açıqlamasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli münsiflər heyətində təmsil olunan xalq artisti Fərhad Bədəlbəyli deyib. Münsifin sözlərinə görə, finalçılar üzərində ciddi işləmək lazımdır: “Həmin finalçılar bir dəfə də çıxış edəcəklər. Onların proqramı hələ tam hazır deyil, görək tam hazırlıqdan sonra nəticə necə olur”.

Münsif fevralın 2-də keçirilən milli yarımfinal konsertində səhnəyə çıxmaq istəməməsinin səbəblərini də açıqlayıb: “Nəticədən narazı deyildim, sadəcə səhnəyə çıxmaq istəmirdim. Gənclərin bayramıdır, qoca adamları səhnəyə çıxmasına nə ehtiyac var? Həm də “Eurovision” müsabiqəsi daha çox gəncləri cəlb edir, onları maralandırır”.

Qeyd edək ki, “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli finala Məryəm Şabanova, Səfurə Əlizadə və “Milk&Kisses” qrupu vəsiqə qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR