Bank Of Baku

Azərbaycanın tanınmış stilisti başından cərrahiyyə əməliyyatı olunub - FOTOSESSİYA

Azərbaycanın tanınmış stilisti başından cərrahiyyə əməliyyatı olunub - <font color=red>FOTOSESSİYA</font>
# 05 fevral 2010 15:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın tanınmış stilisti Anar Ağakişiyev (Uzunsaç Anar) başından cərrahiyyə əməliyyatı olunub. Stilist APA-ya əməliyyatın çox ağır keçdiyini deyib: “Uşaqlıqdan başımda kəllədaxili təzyiq vardı. Ancaq heç vaxt ciddi ağrılar hiss etməmişdim. İlk dəfə ötən ilin sonunda - dekabrın 26-da çox güclü başağrısı yaşadım. Daha sonra istirahət üçün Dubaya getdim. Orada baş ağrılarım şiddətləndi, hətta eşitmə problemi yarandı. Sağ gözümdə ciddi qansızma vardı. Sonra isə başımın bir tərəfində şiş əmələ gəldi. Vəziyyətin ciddiliyini nəzərə qalıb elə Dubayda həkimə müraciət etdim. Müayinədən sonra təcili əməliyyata qərar verildi”.

A. Ağakişiyev onu da bildirib ki, iki saatdan artıq davam edən əməliyyat zamanı qansızma nəticəsində beynə qanın işləməsinə mane olan damar çıxarılıb: “Mən bu cür ağır əməliyyat keçirmişəm, şəhərdə isə söz-söhbət yayılıb ki, guya saçıma kimya-terapiya etdirdiyimdən saçlarım tökülüb, keçəl qalmışam. Əməliyyat zamanı həmin damarın üstündəki saçları kəsdilər. Əməliyyatdan sonra isə özüm saçlarımı bütünlüklə kəsməyə qərar verdim. Çünki artıq formasını itirmişdi. İnsana dar günündə dayaq durarlar, belə yalan söz-söhbətlər yaymazlar”.

Stilist əməliyyatın işinə ciddi təsir göstərdiyini də deyib. Belə ki, həkimlər ona işləməyi bir müddət qadağan ediblər: “Ancaq mən işdən ayrı yaşaya bilmirəm. Məni çoxları “Uzunsaç Anar” kimi tanıyırdı, bundan sonra da belə olacaq. Yaya qədər saçımın əvvəlki vəziyyətini alacağına ümid edirəm. İndi həyatda ən böyük arzum budur”.

Stilist onu da vurğulayıb ki, aprelin sonlarında müayinə üçün yenidən Dubaya gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR