Bank Of Baku

Kipr və Niderlandın “Eurovision” təmsilçiləri açıqlanıb – FOTO

Kipr və Niderlandın “Eurovision” təmsilçiləri açıqlanıb – <font color=red>FOTO</font>
# 08 fevral 2010 10:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2010” mahnı müsabiqəsində Niderland və yunan Kiprinin təmsilçilərinin adları açıqlanıb. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, müsabiqədə Kipr Con Liliqrin və “The İslanders” qrupunun (Jon Lilygreen & The Islanders) ifasında “Life Looks Better” (“Həyat daha yaxşı görünür”) mahnısı ilə təmsil olunacaq. Con Liliqrin britaniyalıdır. “The İslanders” qrupu isə şotlandiyalı, kiprli, norveçli və uelsli musiqiçilərdən ibarətdir.

“Eurovision-2010” müsabiqəsində Niderlandı isə “Sieneke” qrupu “Ik Ben Verliefd (Shalalie)” mahnısı ilə təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR