Davud Güloğlu: “Atatürkçü olmayan türkün vətən, xalq sevgisinə şübhə edərəm” – MÜSAHİBƏ - FOTOSESSİYA
- Eşitdik ki, hər zamankı gəlişinizdən fərqli olaraq bu dəfə Azərbaycana təmənnasız gəlmisiniz.
- Bəli, tamamilə doğrudur. Üç gün müddətində Bakıda olmağımın səbəbi məhz bu uşaqlardır. Körpələrə sahib çıxmaq lazımdır. Bu layihənin rəhbəri Nahid Emiloğlu mənə telefon edib müsabiqə haqqında məlumat verdikdə ikinci bir sözə ehtiyac duymadan həmin an təyyarəyə minib Bakıya gəldim. Belə durumlarda sənətçilərin hissiyyatlı olmasının tərəfdarıyam. Bu addımımla bütün sənətçilərə mesaj vermək istəyirəm. Mən özüm də 13 yaşından yetim qalmışam. Bu hissləri mən də yaşamışam və indi də yaşayıram. 13 yaşımda həm anamı, həm də atamı itirmişəm və bu, çox ağır bir duyğudur. Əslində mən Türkiyədə də çox az-az hallarda televiziya proqramlarına çıxıram və çox görünməyi sevmirəm. İşim yaradıcılıqla məşğul olmaqdır. Zamanımın çoxunu studiyamda keçirirəm. Getdiyim yer isə ancaq Almaniya olur ki, orada da öz studiyama baş çəkirəm. Mən bu uşaqların yanında çox xoşbəxtəm və çox rahatam.
- Uşaqlarla görüşərkən göz yaşlarınızı saxlaya bilmədiniz...
- Bilmirəm nədəndir, amma 30 yaşı keçdikdən sonra hər şeyə kövrəlirəm. Heç bir insan yaşadığı duyğunu gizlətməməlidir və özünü olduğu kimi göstərməlidir. Sənətçi olmaq üçün ən ali duyğulara sahib olmalısan. Biz insanların və xalqın səsiyik. Artıq sənətçilər səssizliyə qapanıb, özlərini olduğu kimi göstərmirlər, hər şeydən qorxmağa başlayıblar. Öz adımdan deyirəm ki, bundan sonra da əlimdən gələni etməyə hazıram. Hətta bu müsabiqənin final günü də buraya gəlmək fikrindəyəm. Mən artıq belə bir qərar qəbul etmişəm ki, bundan sonra sənətlə yanaşı, xalq adından da cəsarətlə danışım. Biz vaxtilə ozanların etdiklərini indi edə bilmirik. Çünki siyasi baxımdan yaşananlar buna imkan vermir. Bu baxımdan bəzi durumlarda geri çəkilmək məcburiyyətində qalırıq. Ancaq artıq qərar vermişəm və istənilən mövzuda çəkinmədən, qorxmadan danışıram.
- Siyasi baxışlarınız barədə məlumat verə bilərsinizmi?
- Adətən sənətçinin siyasi baxışları olmur. Biz vətənini, millətini sevənin hər zaman yanındayıq. Ancaq vətənini sevməyənə, xalqına hörmət etməyənə pis gözlə baxırıq. Azərbaycan dediyimiz zaman biz özümüzdən bəhs edirik. “Bir millət - iki bayraq”. Biz beləyik.
- Özünüzü atatürkçü sayırsınızmı?
- Təbii ki. Atatürk Türkiyənin öndərlərindən birincisidir və atatürkçü olmamaq müzakirə mövzusu belə ola bilməz. Biz sənətçilər onun əmanətini əlimizdən gəldiyi qədər yaşatmağa çalışırıq. Siyasətçi olmadığımız üçün sənətimiz çərçivəsində Atatürkün bizə qoyduğu əmanətə sahib çıxırıq. Atatürkçü olmamaq hər türk üçün çox böyük xətadır. O insanın vətən sevgisinə şübhə duyaram. Vətənini sevən hər insanın Atatürkü də sevməsi mütləqdir.
- Siyasətlə maraqlanmadığınızı dilə gətirdiniz, ancaq siyasətçi kimi çıxış edirsiniz.
- Vaxtı gələndə siyasətlə də məşğul olacağam. Əslində siyasətə qoşulmaqla bağlı bir neçə təklif almışam, amma yaşımın hələ siyasət üçün az olduğunu düşünürəm. Hazırda 35 yaşındayam, bəlkə də 10 il sonra məni siyasətdə görəcəksiniz. Əgər siyasətə atılsam, sənətimdə bir nömrə olduğum kimi, siyasətdə də bir nömrə olacağam. Çünki mən nə edirəmsə, xalq üçün edirəm. Məşğul olduğum sahədəki bütün problemləri həll etmək üçün əlimdən gələni etməyə, hətta cibimdən belə sevə-sevə pul xərcləməyə, ruhumla bu işi görməyə hazıram. Xalq onsuz da çox əziyyət çəkir. Nə olursa xalqa olur, kimsəsiz insanlara olur. Mən anasız-atasız böyüyən insanlara çox düşkünəm. Yetim olan qız uşaqlarını düşünərkən çox pis oluram. Siyasətçi olsam, yetimlər üçün ayrı bir qapı açacağıma inanıram. Əsas prinsipim bu olacaq.
- Siyasətlə bağlı iddianız nədir? Nazir olmağı düşünürsünüzmü?
- Nazir yox, bələdiyyə sədri olmağı düşünürəm. Çox təkliflər var və onları nəzərdən keçirirəm. Bu gün siyasətlə yanaşı, Türkiyədə musiqi aləmi də çox qarışıqdır. Çünki siyasət qarışıq olduğu zaman hər sahədəki insanlar zərər görür. Bu günə kimi türk xalqı çox problemin altından qalxıb. İnanıram ki, qısa bir zamanda bunun da altından qalxacaq. Artıq siyasətdə qalmaqallara yer yoxdur, siyasətçilər bundan çəkinsinlər. Biz bundan çox narahatıq. Hər birimiz Türkiyə üçün nə edə bilərik, bunu oturub düşünməliyik. Biz Azərbaycanı da öz ölkəmiz kimi görürük. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Kıbrıs, biz onları ayrı tutmuruq. Böyük türk dünyası var.
- Siz türk dünyasının birləşməsinin tərəfdarısınız?
- Bəli, mən bunun tam tərəfdarıyam. Onsuz da ötən illər ərzində türk dünyası olaraq yetim qaldıq, ayrı böyüdük. Bir an öncə birləşib bütün dünya ölkələrindən daha güclü bir durumda ola bilərik. Çünki biz beyin, gənclik potensialı olaraq hamısından üstünük. Avropaya gedərkən əksər əhalinin yaşlı olduğunu görürəm, oralarda gənclik yoxdur. Problemlərimizi çözərək, bir olduğumuzu və qardaş olduğumuzu bilərək bir-birimizə sarılmalıyıq. Bütün çıxışlarımda bunu deyirəm. Artıq dava etmək zamanı deyil, böyümək və inkişaf etmək zamanıdır. Çünki türk dünyasına dost görünüb, əslində düşmən olan çoxlu qüvvələr var. Bunu sənətçi və ya insan olaraq görməmək ağılsızlıqdır. Bunu hər birimiz bilirik.
- Qardaş ölkə sənətçisi olaraq Azərbaycanın Dağlıq Qarabağ problemi ilə nə dərəcədə maraqlanırsınız?
- Siyasətin içində deyiləm, amma Dağlıq Qarabağla bağlı bütün prosesləri izləyirəm. Sənətçi olaraq deyil, bir vətəndaş olaraq deyirəm ki, Qarabağ Azərbaycan torpağıdır. Bu problemin bir an öncə həll olunub torpaqların Azərbaycana qaytarılmasını istəyirəm. Tezliklə hər kəsin öz torpağına qovuşmasını arzulayırıq. Orada çox qan axdı, körpələr öldürüldü, yetim qalanlar çox oldu. Bizim içimiz hələ də yanır. Türkiyədə də hələ şəhid veririk, bunların da bir an öncə çözülməsini istəyirik. İnşallah, ən yaxın zamanda bütün bunlar həll olunar. Artıq heç bir müsəlman qardaşımızın qanının axmasına dözə bilmirəm. Dua edirəm ki, bunlar tez həll olunsun. Dünyada heç bir körpəni tabutda görmək istəmirəm. Uşaqlar bir mələkdir.
- Türkiyədə sizinlə eyni bölgədən – Rizədən olan bir çox siyasətçi və sənətçi var. Yerlilərinizdən kiminlə dostluq əlaqələriniz var?
- Bəli, mən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla eyni kənddənəm. Sinan Özən, İsmayıl Türüt və Tarkanla dostluq əlaqələrimiz var. Sezen Aksu da Qara dəniz bölgəsindəndir, ancaq rizəli deyil. Türkiyədə Qara dəniz bölgəsindən çox sənətçi var və rizəli olmaq çox fərqlidir. Bizim medianın diqqət mərkəzində olan, tanınanların çoxu da Rizədən çıxan sənətçilərdir.
- Azarkeşlik etdiyiniz “Trabzonspor”un durumunu necə qiymətləndirirsiniz?
- “Trabzonspor”lu olaraq neçə ildir çempionluq həsrətindəyik. 20 ildən çoxdur gözləyirik. İnşallah, çempionluq əldə edərlər. Mən İstanbul komandalarından “Fənərbağça”ya azarkeşlik edirəm. Yəni “Trabzonspor” məğlub olduğu zaman “Fənər”in qələbəsi bunu bir az unutdurur.
- 2009-cu il ərzində dövlətə nə qədər vergi ödədiyinizi açıqlaya bilərsinizmi?
- 2009-cu ildə dünyada iqtisadi böhran yaşandığından bizə bir şey ödəməlidirlər ki, bizdə bir şey ödəyək. O səbəbdən də çox vergi ödəmədik. Amma belə baxanda bir çox insandan daha çox vergi ödəmişəm. 2009-cu il sənət və iş dünyası üçün çox həssas bir dönəm oldu. Yola saldığımız il ərzində nə konsertlər, nə də başqa bir şey oldu. Biz də kəmərimizi sıxdıq, evimizdə oturduq və yaradıcılıqla məşğul olduq. 2010-cu il mənim üçün çox yaxşı başladı və inşallah, gözəl də davam edər. Ümid etmək lazımdır ki, hər şey yaxşı olsun. Yeni ilin həm barış, həm də bolluq gətirməsini diləyirəm. Üç aydır ki, yeni albomum çıxıb və hazırda bu albomla əlaqədar çıxışlarım olur.
- Yəqin məlumatınız var ki, sizin ifa etdiyiniz “Nurcanım”, “Katula-katula” mahnıları Azərbaycan toylarında tez-tez səslənir.
- Xəbərdar deyildim, ancaq çox sevindim. Sənətimin qardaş ölkədə də sevilməsi və izlənilməsi, hətta mahnılarımın toylarda səslənməsi məni çox sevindirir. Bu səfərim zamanı Bakıya qar yağmasına baxmayaraq, hər addımımda Azərbaycanın necə inkişaf etdiyini gördüm. Azərbaycanın inkişafı bizi sevindirir. Bakının hər tərəfi Avropadan xəbər verir. Tam səmimiyyətlə deyirəm ki, Bakı bugünkü görünüşü ilə Avropanın paytaxtı olmağa layiqdir.
- Şəxsi həyatınızda bir yenilik varmı? Eşitmişik ailə qurmaq haqqında düşünürsünüz?
- Bəli, bu aralar evlənmək haqqında çox düşünürəm. Hətta hərdən öz-özümə deyirəm ki, artıq yetər, evlənəcəyəm. Yaşım 30-u keçəli 5 il oldu, deyəsən 30-dan sonrakı yaş krizisinə girmişəm. Hər yaşın bir duyğusallığı var və mən də bu yaşdakı duyğuları yaşayıram. Deyəsən, elə Azərbaycandan qız alacağam. Burada özümə qız axtarıram. Azərbaycan qızları çox gözəl olur. Artıq başlıq pulunu da hazırlamışam, hər an elçiliyə gedə bilərəm...
Xəbər Lenti
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB