Bank Of Baku

“Eurovision”a ev sahibliyi edəcək Norveçi müsabiqədə 22 yaşlı opera müğənnisi təmsil edəcək – FOTO

“Eurovision”a ev sahibliyi edəcək Norveçi müsabiqədə 22 yaşlı opera müğənnisi təmsil edəcək – <font color=red>FOTO</font>
# 08 fevral 2010 14:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 55-ci “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək Norveçin müsabiqədəki təmsilçisinin adı açıqlanıb. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, tamaşaçı səsverməsi ilə baş tutan Norveçin milli finalında “Mənim qəlbim sənindir” (“My Heart is Yours”) kompozisiyasının ifaçısı, opera müğənnisi Didrik-Solli-Tanqen qalib gəlib və “Eurovision-2010” müsabiqəsində Norveçin təmsilçiliyi ona həvalə olunub. 22 yaşlı ifaçı Oslodakı Barrat Duye adına Musiqi İnstitutunun klassik bölməsində təhsil alır. “Eurovision 2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak da bu institutda oxuyub.

Qeyd edək ki, Norveç Avropa mahnı müsabiqəsində 1960-cı ildən iştirak edir. İndiyədək Norveç təmsilçiləri 3 dəfə müsabiqənin qalibi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR