Bank Of Baku

“Eurovision-2010” müsabiqəsinin final konsertinin biletləri 20 dəqiqə ərzində satılıb qurtarıb – FOTO

“Eurovision-2010” müsabiqəsinin final konsertinin biletləri 20 dəqiqə ərzində satılıb qurtarıb – <font color=red>FOTO </font>
# 08 fevral 2010 14:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Osloda keçiriləcək “Eurovision-2010” müsabiqəsinin mayın 29-da keçiriləcək final mərhələsinin biletləri 20 dəqiqə ərzində satılıb qurtarıb. APA-nın Norveç mətbuatına istinadən yaydığı xəbərə görə, mayın 25-i və 27-də keçiriləcək yarımfinal, eləcə də iki əsas məşq və 29-da keçiriləcək finala 90 min bilet satışa çıxarılıb. Biletlərin qiyməti 36-192 avro arasında olub. Bileti telefonla sifariş etmək, eləcə də internet vasitəsi ilə almaq mümkün olub. Birinci beş dəqiqə ərzində müsabiqə təşkilatçıları 3 minə yaxın bilet satıblar.

Qeyd edək ki, yubiley xarakterli olan 55-ci “Eurovision” müsabiqəsi Norveçin paytaxtı Osloda “Telenor Arena”da keçiriləcək. Müsabiqənin iki yarımfinalı mayın 25-i və 27-də, finalı isə mayın 29-da baş tutacaq. Ümumilikdə “Eurovision-2010” müsabiqəsində 39 ölkə iştirak edəcək. Beş ölkə final mərhələsində birbaşa iştirak etmək hüququ qazanıb, digər 34 ölkə isə I və II yarımfinallarda finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Hər yarımfinaldan finala 10 təmsilçi çıxacaq. Final mərhələsində isə 25 ölkənin təmsilçisi qələbə uğrunda yarışacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR