Bank Of Baku

Maykl Cekson öldürülüb – yarılmanın nəticələri barədə rəsmi hesabat

Maykl Cekson öldürülüb – yarılmanın nəticələri barədə rəsmi hesabat
# 10 fevral 2010 03:54 (UTC +04:00)
Bakı-APA. Los-Anceles koroneri (müəmmalı ölümlərin istintaqını aparan müstəntiq) 2009-cu ilin iyununda vəfat etmiş pop musiqisinin kralı Maykl Ceksonun meyitinin yarılmasının nəticələri barədə hesabatı dərc edib. Hesabata görə müğənni propofol maddəsinin (güclü təsir edən keyləşdirici) artıq dozada vurulmasından keçinib. Bu barədə APA CNN telekanalına istinadən məlumat verir.

Ceksonun şəxsi həkimi kardioloq Konrad Mürrey pop kralına yatmağa kömək etmək üçün propofol vurduğunu etiraf edib.

Lakin Los-Anceles koronerinin müraciət etdiyi anesteziologiya üzrə mütəxəssis həkim Selma Kalmz praktikası boyunca propofolun yuxulamaq üçün istifadə olunması hallarına rast gəlmədiyini bildirib.

Pop musiqisinin kralı 2009-cu il iyunun 25-də 51 yaşında vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR