Bank Of Baku

Vaxtanq Kikabidze “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Heydər Əliyev Sarayında konsert verəcək – FOTO

Vaxtanq Kikabidze “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Heydər Əliyev Sarayında konsert verəcək – <font color=red>FOTO </font>
# 10 fevral 2010 10:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 8-də “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Gürcüstanın tanınmış sənətçisi Vaxtanq Kikabidze Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Sarayın mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, sənətçinin bu konserti ilə bağlı artıq ötən ildən danışıqlar aparılır. O bildirib ki, artıq konsert üçün lazımi müqavilədə bağlanıb və sənətçinin Bakı konsertinin vaxtı məlumdur. Vaxtanq Kikabidzenin Bakıdakı konsertinin sponsoru Azərbaycan Dövlət Neft Şirkətidir. Konsertinin biletlərinin qiyməti isə yaxın vaxtlarda məlum olacaq.

Xatırladaq ki, 2008-ci ildə 70 illiyini qeyd edən Vaxtanq Kikabidze həmin ilin avqust hadisələrindən sonra Moskvadan Tiflisə köçüb və Rusiya ərazisində konsert proqramı ilə çıxışdan birdəfəlik imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR