Bank Of Baku

Aysel Teymurzadə yeni mahnı yazdırıb - FOTO

Aysel Teymurzadə yeni mahnı yazdırıb - <font color=red>FOTO </font>
# 10 fevral 2010 11:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil edən və üçüncülük qazanan Aysel Teymurzadə Azərbaycana həsr olunmuş yeni mahnı yazdırıb. Bu barədə APA-ya məlumat verən sənətçi bildirib ki, yeni mahnısının adı da elə “Azərbaycan”dır: “Mahnı vətənə sevgidən, vətənpərvərlikdən və ən əsası, Azərbaycanımızdan bəhs edir. Bu mahnını xarici səhnələrdə çıxışlarım zamanı da ifa etmək fikrindəyəm”.

A. Teymurzadə deyib ki, lirik janrda yazılan mahnının bəstəkarı Hüseyn Abdullayev, söz müəllifi isə Cəlal Qurbanovdur. Yaxın vaxtlarda “Azərbaycan” mahnısına klip çəkilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR