Bank Of Baku

Türkiyənin “Eurovision-2010” mahnı müsabiqəsinin təmsilçiləri Ermənistana gedəcək - FOTO

Türkiyənin “Eurovision-2010” mahnı müsabiqəsinin təmsilçiləri Ermənistana gedəcək - <font color=red>FOTO</font>
# 12 fevral 2010 16:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2010” mahnı müsabiqəsində Türkiyəni təmsil edəcək “ManGa” qrupu promo-tur çərçivəsində Ermənistana səfər edəcək. APA-nın müsabiqənin Azərbaycan üzrə Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, qrupun “Facebook” və “Twitter”dəki səhifəsi vasitəsilə yaydığı xəbərdə qrupun Osloda keçiriləcək 55-ci “Eurovision” müsabiqəsində ifa edəcəkləri mahnının təqdimatını keçirəcəkləri ölkələr sırasında Ermənistan da var. Səhifədə onların adından – “Ermənistana salam mesajı göndərməyə gedirik” – deyə məlumat yayılıb.

Qeyd edək ki, “Eurovision-2010” mahnı müsabiqəsində Ermənistan təmsilçisinin seçilməsi üçün milli final fevralın 14-də keçiriləcək. Digər tərəfdən, “ManGa”nın internet saytında http://www.manga.web.tr bazar günü axşam sona çatacağı bildirilən bir sayım başlayıb. Bu isə ortaya sual çıxarıb: “Görəsən “ManGa” qrupu “Eurovision” mahnısını ilk dəfə Ermənistan milli finalında səsləndirəcək?”. Rəsmi internet saytının yazdığı məlumata görə, şübhələrə səbəb isə, elə eyni məzmunlu sualın bir neçə gün öncə qrupun “Twitter”də yayınladığı məlumatda da əksini tapmasıdır. Amma qrupun saytda başlatdığı sayımın sona çatması saatı ilə Ermənistan milli finalının başlayacağı saatın üst-üstə düşməsi bir təsadüf də ola bilər. Yəni, bununla sadəcə “ManGa”nın təqdimata Ermənistandan başlayacaqlarını ifadə etməsi də mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR