Bank Of Baku

Ermənistan təmsilçisi “Eurovision”a oğurluq mahnı ilə getmək istəyirmiş

Ermənistan təmsilçisi “Eurovision”a oğurluq mahnı ilə getmək istəyirmiş
# 13 fevral 2010 08:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu il Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsinə hazırlaşan Ermənistanın 10 namizəd mahnısından biri oğurluq çıxıb. APA-nın Türkiyənin xəbər saytlarına istinadən məlumatına görə, Ermənistanın məşhur müğənnilərindən biri olan və bu ölkənin milli seçimlərinə çıxan Sonyanın səsləndirdiyi “Never” (“Əsla”) adlı mahnının giriş musiqisi türkiyəli müğənni İzelin “Bəllimi olur” mahnısının, bütünlükdə musiqisi isə Hadisənin “Evlənməliyiz” mahnısının eynisidir.

Ermənistan mətbuatının yazdığına görə, Sonyanın mahnısının müəllifi guya, S. Katuzyan adlı musiqiçidir. Hadisənin mahnısının müəllifi isə Sinan Akçıldır.

Ermənistanda fevralın 14-də keçiriləcək milli final öncəsi müğənni Sonya səhhəti ilə bağlı problemləri olduğunu deyib və müsabiqədən çəkilib. Onun kənara çəkilməsinin əsl səbəbinin oğurluq mahnı ilə bağlı olduğu iddia edilir.

Ermənistanın “Eurovision-2010” müsabiqəsinə qatılacaq təmsilçisi fevralın 14-də bəlli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR