Bank Of Baku

Ermənistanın “Eurovision” müsabiqəsindəki təmsilçisi bəlli olub – FOTO

Ermənistanın “Eurovision” müsabiqəsindəki təmsilçisi bəlli olub – <font color=red>FOTO </font>
# 15 fevral 2010 07:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ermənistanın may ayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsindəki təmsilçisi məlum olub. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, 55-ci “Eurovision” müsabiqəsində Ermənistanı Yeva Rivas “Apricote Stone” mahnısı ilə təmsil edəcək. O, fevralın 14-də keçirilən milli final konsertində 8 ifaçı arasından seçilib.

Əsl adı Valeriya Reşetnikova-Caturyan olan Yeva Rivas 22 yaşındadır. O, Rusiyanın Rostov şəhərində dünyaya gəlib, yunan, rus və erməni kökləri var. 7 yaşından xorda oxumağa başlayıb. Müxtəlif müsabiqələrdə iştirak edib və uğur qazanıb. Təmsilçi vokal dəsrlərini Ruben Matevosyandan alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR