Bank Of Baku

Günəş Abbasova: “Bu il “Eurovision”da Belarusu təmsil edəcəyimə əminəm” - FOTO

Günəş Abbasova: “Bu il “Eurovision”da Belarusu təmsil edəcəyimə əminəm” - <font color=red>FOTO</font>
# 15 fevral 2010 07:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Belarusda yaşayan azərbaycanlı müğənni Günəş Abbasova “Eurovision-2010” müsabiqəsində bu ölkəni təmsil etmək üçün yenidən milli seçimlərə qatılıb. G. Abbasova APA-ya açıqlamasında bu il müsabiqəyə qatılacağından əmin olduğunu deyib: “Mən özümə tam inanıram, çünki bu il daha yaxşı hazırlaşmışam. Təmsilçiliyin mənə həvalə olunacağına inanıram. Bu, mənim müsabiqədə iştirak etmək və milli finalda qalib gəlmək üçün beşinci cəhdimdir. Ötən iki il mənim üçün çox uğurlu oldu, hər iki halda finalçılar sırasına düşdüm və ikinci yeri qazandım. Düşünürəm ki, builki mahnım daha uğurlu olacaq, çünki düzgün seçilmiş mahnıdır. Vokal baxımından da çox yaxşı hazırlaşmışam. Mən öz gücümə əminəm və bunu münsiflər heyəti də bilir”.

G. Abbasova həm Azərbaycanı, həm də Belarusu öz vətəni hesab etdiyini və özünə doğma saydığını vurğulayıb: “Belarus mənim doğulduğum, Azərbaycan isə validyenlərimin doğulub böyüdüyü məmləkətdir. Yaradıcılığıma Minsk şəhərində başlamışam və bu gün bacardığım hər şeyi mənə belaruslu pedaqoqlar, Belarusun xalq artistləri öyrədiblər. Həmişə bütün qəlbimlə Azərbaycanı dəstəkləmişəm və düşünürəm ki, Azərbaycanı bu yarışmada təmsil etməyə layiq çox sayda istedadlı ifaçı var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR