Bank Of Baku

Polşanın “Eurovision-2010” mahnı müsabiqəsindəki təmsilçisi məlum olub – FOTO

Polşanın “Eurovision-2010” mahnı müsabiqəsindəki təmsilçisi məlum olub – <font color=red>FOTO </font>
# 15 fevral 2010 11:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Polşanın “Eurovision-2010” mahnı müsabiqəsindəki təmsilçisi məlum olub. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, 55-ci “Eurovision” müsabiqəsində Polşanı Marçin Mrozinski “Əfsanə” mahnısı ilə təmsil edəcək. Mahnı Polşa lirikasının əsasında yazılıb, amma həm milli, həm də opera komponentlərindən istifadə olunub. Mahnının bəstəkarı Marçin Nierubiec, sözləri Marçin Mrozinskinin özünə məxsusdur. Təmsilçi Polşanın milli yarımfinalına vəsiqə qazanan 10 ifaçı arasından seçilib. Müsabiqə zamanı təmsilçinin ifası milli rəqqasların ifası ilə müşayiət olunacaq.
Qeyd edək ki, Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsinin yarımfinalları mayın 25-i və 27-də, finalı isə mayın 29-da keçiriləcək. Polşa mayın 25-də keçiriləcək I yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR