Bank Of Baku

Ermənistanda “Eurovision”la bağlı qalmaqal yaranıb

Ermənistanda “Eurovision”la bağlı qalmaqal yaranıb
# 15 fevral 2010 13:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ermənistanın “Eurovision-2010” mahnı müsabiqəsindəki təmsilçisinin seçimi qalmaqala səbəb olub. APA-nın “Armenia today” portalına istinadən yaydığı xəbərə görə, fevralın 14-də keçirilən milli final konsertində Yeva Rivasının seçilməsi onun rəqibləri tərəfindən birmənalı qarşılanmayıb. Rəqiblər sms səsverməsinin nəticələrinin saxtalaşdırıldığını bildiriblər.

Milli finalda “Eurovision-2010” namizədliyi uğrunda mübarizə aparan Emmi-Mihran cütlüyü, eyni zamanda müğənni Razmik Amyan hətta məhkəməyə müraciət etməyə hazırlaşdıqlarını açıqlayıblar. Onlar operatorlardan milli final konserti zamanı gələn bütün sms-lərin açıqlanmasını tələb ediblər. İfaçılar bu yaxınlarda Rusiyadan gəlmiş Yeva Rivasın qısa müddətdə Ermənistanda bu qədər simpatiya qazanmasının qeyri-mümkün olduğunu vurğulayıblar.

Qeyd edək ki, Y. Rivasın təmsilçi seçildiyi açıqlanarkən Emmi-Mihran və Razmik Amyan səhnəni tərk ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR