Bank Of Baku

Hadisə Azərbaycandakı konsertə görə qonorarını almadığı üçün keçmiş menecerini məhkəməyə verəcək – FOTO

Hadisə Azərbaycandakı konsertə görə qonorarını almadığı üçün keçmiş menecerini məhkəməyə verəcək – <font color=red>FOTO</font>
# 16 fevral 2010 09:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyəni “Eurovision-2009” mahnı müsabiqəsində təmsil etmiş müğənni Hadisə Açıqgöz keçmiş menecerini məhkəməyə verəcək. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Hadisə ötən il Azərbaycanda keçirdiyi konsert və Türkiyədəki başqa bir konsert üçün ona vəd olunan pulu almadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlib.

Keçmiş menecer Berna Nuri Süer isə mətbuata açıqlamasında aşağıdakıları bildirib: “Hadisənin Azərbaycanda iki konserti planlaşdırılmışdı. İlk konsert üçün Hadisənin qonorarı ödənilib, ancaq ikinci gün konsert ortaq qərarla ləğv olunub. Hadisənin Türkiyədə verəcəyi digər konsertə gəlincə isə bu konsert hələ keçirilməyib. Sənətçi olmayan bir konsert üçün pul tələb edir”.

Onu da qeyd edək ki, Hadisənin Azərbaycan konsertini təşkil edən və iki günlük çıxış üçün əvvəlcədən qonorar ödəyən təşkilatçı Nahid Emiloğlunun pulu hələ də qaytarılmayıb. Hadisə azərbaycanlı təşkilatçıya 35 min avro məbləğində pul borcludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR