Bank Of Baku

Azərbaycanlı modelyerin yeni kolleksiyası Parisdə nümayiş olunacaq

Azərbaycanlı modelyerin yeni kolleksiyası Parisdə nümayiş olunacaq
# 16 fevral 2010 09:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı modelyer Fəxriyyə Xələfovanın yay aylarında Parisdə moda nümayişi təşkil olunacaq. Bu barədə APA-ya məlumat verən modelyer bildirib ki, artıq moda nümayişi ilə bağlı danışıqlar baş tutub: “Mənim Parisdə moda sərgim 2007-ci ildə təşkil olunmuşdu. Ancaq sevindirici xəbərim odur ki, iyun, ya da iyul ayında Parisdə yeni moda nümayişim olacaq. Təklif gəlib və mən bu təklifi dəyərləndirmişəm. Bu moda sərgisində də mən yeni “Bahar” kolleksiyamı nümayiş etdirmək niyyətindəyəm. Bu kolleksiyamda olan bütün geyimlərin parçası mənə məxsusdur. Yəni bu parçaları özüm yaratmışam. Ona görə də bu kolleksiyamın Parisdə də maraqla qarşılanacağına əminəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR