Bank Of Baku

Fidan Hacıyeva eksklüziv geyim üçün Böyük Britaniya modelyerlərinə müraciət edib - FOTO

Fidan Hacıyeva eksklüziv geyim üçün Böyük Britaniya modelyerlərinə müraciət edib - <font color=red>FOTO</font>
# 16 fevral 2010 12:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva solo-konsert proqramı ilə çıxış edəcək. Fidan Hacıyeva APA-ya açıqlamasında bildirib ki, konsert Novruz bayramı ərəfəsində - martın 17-də Opera və Balet Teatrında keçiriləcək.

Konsertə çox ciddi hazırlaşan sənətçi xüsusi proqram hazırlayır. İl ərzində bir dəfə tamaşaçılar qarşısında hesabat verən F. Hacıyeva, budəfəki konsertinin digərlərindən fərqlənəcəyini vurğulayıb: “Konsertdə mənimlə birlikdə professor Hüseyn Əliyevin tələbələri də səhnəyə çıxacaq. Azər Rzayev, Süleyman Süleymanov, Fərid Əliyev, Anton Feştanq kimi istedadlı gənclərlə çoxsaylı duetlər ifa edəcəyəm. Artıq ciddi hazırlığa başlamışıq və hər birimiz öz üzərimizə düşən işi yüksək səviyyədə həyata keçirəcəyimizə əminik. Həmin gün tamaşaçılara dünya klassikası və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edəcəyəm. Xüsusi romanslar və mahnılar hazırlayırıq. Üç saata yaxın davam edəcək konsert proqramında “Samson və Dalila”,” Karmen”, “Arşın mal alan”, “Sevil” operalarından əsərlər səslənəcək. Səhnəni gənclərlə paylaşmaqda məqsəd Azərbaycanın istedadlı gənclərini üzə çıxarmaqdır”.

F. Hacıyeva Böyük Britaniya modelyerlərinə xüsusi səhnə geyimləri sifariş verib və bu məqsədlə bir həftəlik Londona gedib: “Konsert üçün London modelyerləri ilə işbirliyinə başlamışam. Eksklüziv və xüsusi geyimlərlə pərəstişkarlarımın qarşısına çıxmağı düşünürəm. Mən səhnədə hər çıxışıma çox ciddi yanaşıram. Tamaşaçılar mənim üçün çox əzizdir və onlar qarşısında daim xüsusi görünməliyik”.

Qeyd edək ki, F. Hacıyevanın solo-konsertinin informasiya dəstəyi APA İnformasiya Agentliyi və “Vesti.az” xəbər portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR