Bank Of Baku

Ermənistan təmsilçisinin “Eurovision”da oxuyacağı mahnıda uydurma “erməni soyqırımı”na işarə vurulduğu bəlli olub

Ermənistan təmsilçisinin “Eurovision”da oxuyacağı mahnıda uydurma “erməni soyqırımı”na işarə vurulduğu bəlli olub
# 16 fevral 2010 13:52 (UTC +04:00)
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanda keçirilən mili final konsertində iştirak etmiş bəstəkar Yaqub Mutlu deyib. 2003-cü ildən bəri “Eurovision” müsabiqələrini diqqətlə izləyən Y. Mutlu Y. Rivasın ingilis dilində oxuduğu “Apricot Stone” (“Ərik çiyidi”) adlı mahnının sözlərində 1915-ci il hadisələrinə işarə vurulduğunu bəyan edib: “Mən erməni düşməni deyiləm, amma “Ərik çiyidi” üstü qapalı olaraq erməni iddialarını canlandıran bir mahnıdır”.

Bəstəkar mahnının ilk misrasındakı “Uzun illər öncə, mən balaca bir uşaq ikən anam mənə “bilməlisən ki, dünyamız vəhşi və amansızdır, amma sən soyuq və istidən keçərək yoluna tapa bilərsən” dedi” sözləri ilə 1915-ci ildə ermənilərin Osmanlı hökuməti tərəfindən köçürülməsi və onların keçdiyi yolların xatırladıldığını deyib. O, sonrakı misrada “Mənə ana yurdumdan geri verilən ovcumdakı ərik çiyidi, onu əlimdən donmuş torpağa atacağam, onun yetişməsinə izn ver” sözlərindəki “Ana yurd” kəlməsi ilə Türkiyə ərazilərinin nəzərdə tutulduğunu söyləyib. Y. Mutlu “İndi şimal ulduzlarını görürəm, fırtınada işıl-işıl parlayırlar, səni isti saxlayacaq bir Tanrım var, indi şiddətli küləklərdən qorxmuram, əsə bilər, ancaq qalib gələ bilməz” sözlərinin də Türkiyəyə mesaj olduğunu qeyd edib. Onun fikrincə, “Bəlkə qış gəlməyəcək yığım günü və gecəsində, bəlkə Tanrı müqəddəsləşdirəcək və qoruyacaq müqəddəs meyvəni, ağacımı yüksəldəcək göy üzünə, bir dəfə əl salladım evimə, əlvida, mən yalnız köklərimə qayıtmaq istəyirəm” misrasının mənası da aydındır.

Qeyd edək ki, “Eurovision”un qaydalarına əsasən müsabiqədə siyasi xarakterli mahnılar oxumaq qəti qadağandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR