Rusiyalı müğənni Lolita Azərbaycandakı konserti zamanı striptiz və erotik rəqslər nümayiş etdirib – FOTOSESSİYA
Lolita oxuya-oxuya tamaşaçılarla ünsiyyət qurmağa çalışıb. 15 illik səhnə fəaliyyəti dövründə bir çox mahnılar ifa edən müğənni, məşhur “Tu-tu-tu, na-na-na” mahnısını zalla birgə oxuyub. Monitorda isə Azərbaycan mentalitetinə zidd kadrların yer almasından özünü sığortalayan müğənni zaldakı valideynlərə müraciət edib: “Çox sağ olun ki, yetkinlik yaşına çatmamış uşaqlarınızı Rusiya şou-biznesinin sonuncu bakirəsinin konsertinə gətirmisiniz. Onlar məndən çox şey öyrənəcəklər və uzun müddət bunu unutmayacaqlar”.
Tamaşaçılarla isti münasibətə girən müğənni, bu yaxınlarda Ukraynada keçirilmiş prezident seçkilərini də diqqətdən kənarda qoymayıb. Ukraynalıların çoxlu spirtli içki qəbul etmələrindən gileylənən Lolita, saçlarını kəsdirməsinin səbəbini Yuliya Timoşenkonun prezident seçilməməsi ilə əlaqələndirib. Ukraynadakı qastrol turu boyu topladığı “arağı” Bakı səhnəsinə gətirən sənətçi, şüşədəki içkini özünün və ilk sıralarda əyləşən tamaşaçıların üzərinə töküb. Maraqlı məqamlardan biri də Lolitanın səhnəyə məşhur caz ifaçısı Billi Holidayın valını çıxarması olub. Sənətçinin bu addımı isə təsadüfi deyildi, çünki Lolita sözügedən caz ifaçısının 1956-cı ildə lentə aldırdığı fonoqramla mahnı ifa etməsi idi. Canlı ifanın tərəfdarı olan sənətçi, Heydər Əliyev Sarayında keçirilən bütün konsertlərin canlı olmasını alqışlayıb və sonuncu Bakı konsertində yeganə minus altında ifa etdiyi mahnının caz əsərinin sözlərini özünəməxsus tərcümə edib.
Dörd dəfə ailə quran müğənni, dəfələrlə 46 yaşında olduğunu dilə gətirib. Zaldakı güclü cinsin nümayəndələri ilə zarafatı isə ürəkaçan olmayıb, çünki heç bir Azərbaycan kişisi Lolitanın şərtləri ilə razılaşmayıb. Hər zamankı kimi Bakı səhnəsində də sərbəst görünən rusiyalı sənətçi, yalnız bir kompleksinin olduğunu etiraf edib. O indiyədək Rusiya prezidentinin qəbulunda olmadığını özünə bağışlaya bilmədiyini deyib. Rusiya Dövlət Dumasının ictimai yerlərdə siqaret çəkməməklə bağlı çıxardığı qərarla da razılaşmayan Lolita, deputatları özünəməxsus şəkildə tənqid atəşinə tutub, səhnədə siqaret çəkib.
Musiqiçilərini də xüsusi diqqət ayıran rusiyalı qonaq onları qeyri-adi tərzdə təqdim edib. Hətta musiqiçilərdən biri bu yaxınlarda yubileyini qeyd edən xalq artisti Polad Bülbüloğlunun mahnısını da gözübağlı ifa edib. Konsertin ən dəhşətli və gözlənilməz məqamı isə müğənninin səhnədə diz çöküb, zaldakıların yerinə Allaha dua etməsi olub. Öz dualarında Lolita zaldakı qadınlara onları hər zaman sevəcək və xəyanət etməyəcək həyat yoldaşları, kişilərə isə stabil və çox gəlirli iş, özünə isə Bakıdakı neft buruqlarından birini arzulayıb. Proqramı başa vurmasına baxmayaraq tamaşaçılar müğənnini səhnədən getməyə qoymayıblar.
Gurultulu alqışlar altında iki dəfə səhnəyə qayıdan Lolita zaldakı tamaşaçıları şoka salıb. Rəqqasların köməyi ilə ilk dəfə Heydər Əliyev Sarayının sənəsində gözlənilməz hal yaşanıb. Müğənni səhnədə geyimini soyunub. Konsert boyu müğənninin rəqsləri də Azərbaycan səhnəsində rezonans doğurub. Lolitanın rəqqasları ilə birgə həddindən artıq erotik rəqsləri tamaşaçılar tərəfindən də birmənalı qarşılanmayıb. Lolitanın etikadan kənar hərəkətlərinə baxmayaraq Azərbaycan tamaşaçısının konsert salonunu tərk etməməsi maraqla qarşılanıb. Sonradan isə onu izləməyə gələn tamaşaçıların əksəriyyətinin rus və əcnəbi olduğu da ortaya çıxıb. Biletlərin baha olmasına baxmayaraq anşlaqla baş tutan konsertini müğənni Alla Puqaçovanın repertuarından “Ne delayte mne bolno, qospoda” və “Vladimirskiy sentral” mahnıları ilə başa vurub. Müğənnini razılığı onun üzündən oxunurdu. Çox güman ki, Lolita hələ uzun müddət bu qədər sadiq tamaşaçı görməyəcək.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib