Bank Of Baku

Azərbaycanda ilk dəfə olaraq parti üslubunda “The Da Vinci Code” intellektual oyunu keçiriləcək – FOTO

Azərbaycanda ilk dəfə olaraq parti üslubunda “The Da Vinci Code” intellektual oyunu keçiriləcək – <font color=red>FOTO </font>
# 18 fevral 2010 14:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fevralın 27-28-də Azərbaycanda ilk dəfə parti üslubunda “The Da Vinci Code” intellektual oyunu keçiriləcək. Layihənin təşkilatçısı “Flame Production”un rəhbəri Rüfət Hüseynovun APA-ya verdiyi məlumata görə, “Platinum klub”da təşkil olunacaq layihədə universitet tələbələri iştirak edəcək: “Proqram çərçivəsində “The Da Vinci Code” oyunu keçiriləcək. İlk dəfə bu oyun “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən yay düşərgəsində keçirilmişdi. Parti üslubunda isə bu oyunu ilk dəfə biz keçirmək qərarına gəldik. İstəyimiz fəal və intellektual gəncləri üzə çıxarmaqdır. Eyni zamanda bu oyunla əylənərək öyrətmək məqsədi daşıyırıq. Bu oyun daha çox “Kim? Harada? Necə?”, “Breyn-rinq” və bu kimi digər oyunları sevən intellektual gənclər üçün daha maraqlı olacaq. Qaliblərə layihənin sponsoru “DNS Computers”dən və “AdZone Advertising Agency”dən eksklüziv hədiyyələr təqdim olunacaq”. Bu tədbirin aparıcılığını Şahin Seyidzadə edəcək.

Təşkilatçı onu da vurğulayıb ki, “Flame Production” 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə də sürprizlərlə dolu parti keçirəcək. Bundan əlavə, qurumun təşkilatçılığı ilə martın 14-dən etibarən üç ay ərzində universitet tələbələri arasında “Karaoke” yarışması keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “The Da Vinci Code” adı altında gerçəkləşəcək layihənin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və “Vesti.az” xəbər portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR