Bank Of Baku

Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisi martın 2-də məlum olacaq

Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisi martın 2-də məlum olacaq
# 18 fevral 2010 21:59 (UTC +04:00)
Z. Bədəlbəyli deyib ki, milli final tam “Eurovision” party formasında təşkil olunacaq. Finala vəsiqə qazanmış üç namizəd - Məryəm Şabanova, Səfurə Əlizadə və Milk&Kisses qrupu Azərbaycanı Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision” müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparacaq. Onlar 5 əcnəbi bəstəkarın Kiyevdə yazdırdıqları mahnılarını milli münsiflərin və tamaşaçıların qarşısında nümayiş etdirəcəklər. Məhz martın 2-də bu ilin mayında keçiriləcək “Eurovision-2010” mahnı yarışmasında Azərbaycanı təmsil edəcək musiqiçi və onun ifa edəcəyi mahnı müəyyənləşəcək. Musiqi koordinatoru gecənin musiqili qonaqlarının olacağını da deyib.

Qeyd edək ki, fevralın 2-də Azərbaycan təmsilçisinin seçilməsi üçün milli yarımfinal keçirilib. 6 namizəd arasından 3-ü həmin gecə finala vəsiqə qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR