Bank Of Baku

Fransanın “Eurovision-2010” mahnı müsabiqəsində təmsilçisi məlum olub

Fransanın “Eurovision-2010” mahnı müsabiqəsində təmsilçisi məlum olub
# 19 fevral 2010 22:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Böyük dördlüyə daxil olan ölkələrdən biri Fransa artıq bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində təmsilçisinin kimliyini müəyyənləşdirib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, 55-ci “Eurovision” müsabiqəsində Fransanı Cessi Matador (Jessy Matador) təmsil edəcək.

Təmsilçinin bu yarışmada ifa edəcəyi mahnı isə hələ məlum deyil. Belə ki, Fransa təmsilçisinin ifa etməsi üçün hazırda mahnı hazırlanır. Xəbərdə o da bildirilib ki, Fransanın ictimai kanalının əsas məqsədi Cessi Matadorun ifa edəcəyi mahnını nəinki “Eurovision”da, eləcə də Futbol üzrə Dünya Çempionatında səslənməsidir. Hətta Fransanın ictimai kanalı bu mahnının Futbol üzrə Dünya Çempionatının himini olması istəyindədir. Fransanın “Eurovision-2010” təmsilçisi Konqo əsillidir.

Qeyd edək ki, Fransa birbaşa mayın 29-da keçiriləcək final mərhələsində iştirak edəcək. Fransa ilə yanaşı, Almaniya, İspaniya, Böyük Britaniya, eləcə də 55-ci “Eurovision” müsabiqəsinə ev sahibliyi edəcək Norveç birbaşa finalda iştirak hüququna malikdirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR