Bank Of Baku

Gürcüstanın “Eurovision-2010” təmsilçisi Sofo Nijaradze Bakıya gələcək - FOTO

Gürcüstanın “Eurovision-2010” təmsilçisi Sofo Nijaradze Bakıya gələcək - <font color=red>FOTO</font>
# 22 fevral 2010 12:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Gürcüstanı təmsil edəcək Sofo Nijaradze Bakıya gələcək. Müsabiqənin Azərbaycan üzrə Milli Yayım Şurası İctimai Televiziya və Radio Verilişləri Şirkətindən APA-ya verilən məlumata görə, sənətçinin Bakıya səfəri Azərbaycanın builki “Eurovision” müsabiqəsində təmsilçisinin seçilməsi üçün martın 2-də “Buta Palace”da keçiriləcək milli final konsertində çıxış etmək məqsədi daşıyır. Final konsertində Gürcüstan təmsilçisi “Eurovision-2010” Azərbaycan milli final konsertində finalçılar - Məryəm Şabanova, Səfurə Əlizadə və “Milk&Kisses” qrupuna dəstək olacaq. S. Nijaradze Bakı səhnəsində "Eurovision-2010" müsabiqəsində ifa edəcəyi mahnı ilə çıxış edəcək.

Qeyd edək ki, martın 2-də düzənlənəcək “Eurovision-2010” Azərbaycan milli final konsertində ölkəmizi 55-ci “Eurovision” müsabiqəsində təmsil edəcək şəxs və onun ifa edəcəyi mahnı müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR