Bank Of Baku

Sloveniya, Malta və Makedoniyanın “Eurovision-2010” təmsilçiləri müəyyənləşib - FOTO

Sloveniya, Malta və Makedoniyanın “Eurovision-2010” təmsilçiləri müəyyənləşib - <font color=red>FOTO</font>
# 22 fevral 2010 12:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision” müsabiqəsində Sloveniyanı “Roka Zlindre in Kalamari” ansamblı təmsil edəcək. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, təmsilçi ansambl milli finala vəsiqə qazanan 14 namizəd arasından təmsilçiliyə layiq görülüb. Bu il Sloveniyanın təmsilçisi tamaşaçı səsverməsi nəticəsində seçilib. Sloveniya Azərbaycanla birgə mayın 27-də keçiriləcək II yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaq.

“Eurovision-2010” mahnı müsabiqəsində Maltanı Tea Qarrett (Thea Garrett) “My dream” (“Mənim yuxum”) mahnısı ilə təmsil edəcək. Bu təmsilçi isə 20 namizəd arasından 50 faiz televiziya, 50 faiz isə münsiflər heyətinin səsverməsi ilə təyin edilib. Malta təmsilçisi mayın 25-də keçiriləcək I yarımfinalda çıxış edəcək.

Makedoniya da 55-ci “Eurovision” yarışmasında təmsilçisini müəyyənləşdirib. 16 mahnı arasından Gjoko Taneski – “Jas Ja Imam Silata” mahnısı ilə ölkənin builki yarışmada təmsil etmək hüququ qazanıb. Təmsilçi 12 xalı münsiflər heyətindən, 10 xalı isə tamaşaçılardan qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR