Bank Of Baku

İspaniyanın “Eurovision-2010” müsabiqəsində təmsilçisi və ifa edəcəyi mahnı müəyyənləşib – FOTO

İspaniyanın “Eurovision-2010” müsabiqəsində təmsilçisi və ifa edəcəyi mahnı müəyyənləşib – <font color=red>FOTO </font>
# 23 fevral 2010 07:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində İspaniyanı təmsil edəcək sənətçi və onun ifa edəcəyi mahnı məlum olub. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, müsabiqədə İspaniyanı Daniel Diges “Algo Pequeñito!!” (“Nəsə lap balaca”) mahnısı ilə təmsil edəcək. Daniel Diges 10 namizəd arasından seçilib, təmsilçinin seçilməsi üçün isə bir neçə həftə ərzində onlayn səsvermə keçirilib.
Qeyd edək ki, 55-ci “Eurovision” müsabiqəsi Osloda “Telenor Arena”da baş tutacaq. Müsabiqənin yarımfinalları mayın 25-i və 27-də, final mərhələsi isə mayın 29-da keçiriləcək. İspaniya birbaşa final mərhələsində iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR