Bank Of Baku

Belarusu “Eurovision”da təmsil etmək üçün 5-ci dəfə namizədliyini irəli sürən Günəş Abbasova yenə uduzub – FOTO

Belarusu “Eurovision”da təmsil etmək üçün 5-ci dəfə namizədliyini irəli sürən Günəş Abbasova yenə uduzub – <font color=red>FOTO</font>
# 26 fevral 2010 15:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Belarusun təmsilçisi də məlum olub. APA-nın Belarus mətbuatına istinadən yaydığı xəbərə görə, namizəd “Belteleradio” şirkəti tərəfindən xüsusi olaraq yaradılmış “Fokus” qrupunun qərarı ilə seçilib. Belarus Osloda “Tri plyus dva” qrupu ilə Leonid Şirin və Yuriy Vaşukun “Far away” mahnısı ilə təmsil olunacaq. Belarusu “Eurovision” yarışmasında təmsil etmək üçün beşinci dəfə namizədliyini irəli sürən azərbaycanlı müğənni Günəş Abbasova məhz bu qrupa uduzub.

”Tri plyus dva” qrupu Belarusda keçirilən bir çox milli müsabiqənin iştirakçısı olub. Qrupda belaruslu musiqiçilərlə yanaşı, erməni musiqiçisi də təmsil olunur. Belarus “Eurovision-2010” mahnı müsabiqəsinin mayın 25-də keçiriləcək I yarımfinalında çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR