“Eurovision -2010” müsabiqəsində Azərbaycan təmsilçiliyi hansı namizədə həvalə olunacaq? - SORĞU – FOTOSESSİYA
Səfurə Əlizadə: “Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcəyimə inanıram”
“İstirahət etmədən, dayanmadan çalışmaq, işləmək rejiminə çox insan bəlkə də tab gətirə bilməz. Ancaq mən bu müsabiqədə təmsilçiliyi o qədər arzulamışam ki, yorğunluğu hiss etsəm də, özümə yaxın buraxmıram. Martın 2-də mənə inanan bütün insanların arzusunu çin etmək və Osloda Azərbaycanı yüksək səviyyədə təmsil etmək üçün bütün enerjimi səhnədə göstərəcəyəm”. Bu açıqlamanı APA-ya “Eurovision-2010” müsabiqəsində milli finala vəsiqə qazanan və bu müsabiqədə Azərbaycan təmsilçisi kimi çıxış etmək şansı olan namizədlərdən biri Səfurə Əlizadə verib. Namizəd martın 2-də “Buta Palace”da keçiriləcək milli final konserti üçün xüsusi bir neçə proqram və geyim hazırladığını qeyd edib. Səfurə Əlizadə həmin gün üç mahnı ilə münsiflərin qarşısında çıxış edəcəyini və bu çıxışa var gücü ilə hazırlaşdığını qeyd edib: “Martın 2-nə kimi bir az istirahət etmək fikrindəyəm, çünki həmin gün yorğun səslə çıxış etmək istəmirəm. Mən çox enerjiliyəm, özümə çox inanaram və təmsilçinin məhz mən olacağına da ümid edirəm. Sözsüz ki, mən də bir çoxlarından öz ünvanıma çox sözlər eşitmişəm. Deyilər guya, artıq mənim yerim hazırdır, təmsilçi mənəm. Mən isə öz gücümə inanıram, heç kimə yox. Heç bir ölkə necə tapşırıq olsa belə, bu cür beynəlxalq müsabiqəyə bacarıqsız, istedadsız təmsilçi göndərməyə risk etməz. Həmin sözləri danışanlara isə deyirəm ki, mən çox istedadlıyam, istedad qarşısında isə heç bir tapşırığa lüzum yoxdur”.
S.Əlizadə təmsilçilik şansı qazansa, ölkəsini layiqli, hətta birinci yerə çıxaracağını da əminliklə dilə gətirib: “Müsabiqə hazırlığından az-çox məlumatlıyam və hər bir çətinliyə özümü hazır hiss edirəm. Martın 2-də təmsilçi olaraq münsiflər heyəti tərəfindən mən seçilsəm, həmin gündən etibarən öz üzərimdə daha artıq çalışacağam. Bu, çox böyük bir məsuliyyətdir. Biz hər üç namizəd bu məsuliyyəti dərk edirik. Azərbaycan bu müsabiqədə layiqli yeri tutmalıdır. Hansımız təmsilçi olsaq da, mən nəticənin yaxşı olacağına inanıram”. S. Əlizadə hələ də saksofonla mahnı ifa etmək fikrindən daşınmadığını etiraf edib və hazırlanan şou imkan versə, Avropa ölkələrini qadın saksofon ifaçısı kimi heyrətləndirmək fikrindədir.
Məryəm Şabanova: “Təmsilçi olsam, ürəyimdən birincilik keçir”
Finalçılardan Məryəm Şabanova APA-ya açıqlamasında martın 2-də qalib olması və Azərbaycanı builki “Eurovision” müsabiqəsində təmsil etmək şansı qazanmaq üçün ciddi-cəhdlə, istirahətsiz hazırlaşdığını deyib: “Dayanmadan, istirahət etmədən məşq edirəm. Bütün komandamıza çox böyük təşəkkür edirəm ki, heç bir çətinliyə baxmadan canla-başla işləyirlər. Bu dəfə ki, hazırlığımız fevralın 2-dəki hazırlıqdan da çətindir. Hətta işlərin çoxluğundan başımız belə hərlənir. Fikrimcə bu əziyyətlər yerdə qalmayacaq və əziyyətimi qiymətləndirəcəklər”.
M. Şabanova martın 2-də onunla birgə təmsilçilik uğrunda mübarizə aparacaq digər iki namizəd – Səfurə Əlizadə və “Milk&Kisses”in də çox zəhmət çəkdiklərinə toxunub: “Biz hazırda hər üç namizəd olaraq çox çətin iş qrafiki ilə çalışırıq. Deyə bilmərəm ki, mənim qalib olmaq şansım daha artıqdır. Düşünürəm ki, hər birimizin fərqli şansı var”.
Martın 2-də mənə dəstək olan və inanan insanları yanıltmamağa çalışacağını deyən namizəd, eləcə də ona pərəstiş edən insanlara, dəstək olanlara təşəkkürünü də ünvanlamağı unutmayıb. Vaxt azlığından “Eurovision-2010” müsabiqəsində artıq təmsilçilərini seçmiş iştirakçı ölkələrdən isə xəbərsiz olduğunu bildirib: “Təəssüflər olsun ki, bununla maraqlanmağa belə vaxtım yoxdur. Əsas gücümü məşqlərə və hazırlığa vermişəm, bundan başqa heç bir şey düşünmək və beynimi yormaq belə istəmirəm. Digər ölkə təmsilçiləri ilə isə başqaları maraqlanmalıdır”.
Namizəd eləcə də əgər Osloda Azərbaycan təmsilçiliyi ona həvalə olunsa, Azərbaycanı layiqli yerə çıxaracağını ümid etdiyini dilə gətirib: “Mən zəmanət verə bilərəm ki, əgər Azərbaycan təmsilçisi mən olsam, bütün gücümü bu işə qoyacağam. Bütün gücümlə, Azərbaycanı ən ön sıralara, əlbəttə ürəyimdən birincilik keçir, gətirəcəyəm. Mən özümə tam olaraq inanıram, öz gücümə, enerjimə, ifama güvənirəm. Mənim üçün ən önəmlisi odur ki, bütün dünyaya Azərbaycanın gücünü göstərim, bütün dünya Azərbaycanın təqdim etdiyi nömrəni uzun müddət unuda bilməsinlər. Hansımız bu yarışmada Azərbaycanı təmsil etsək, mütləq dünyanın yaddaşına həkk olunmalıyıq”.
“Milk&Kisses” qrupu: “Martın 2-də biz final səhnəsini super şou və ifa ilə lərzəyə gətirəcəyik”
Təmsilçilərdən olan və “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparan “Milk&Kisses” qrupunun üzvləri APA-ya açıqlamalarında özlərinə və ifalarına çox inandıqlarını deyiblər. Martın 2-də milli münsiflərin qarşısında üç yeni mahnı ifa edəcək qrup üzvləri, ciddi-cəhdlə final konsertinə hazırladıqlarını bildiriblər: “Təmsilçiliyinin bizə həvalə olunub-olunmayacağını dəqiq deyə bilmərik. Ancaq seçilmək üçün əlimizdən gələni edirik. Bu aralar istirahətin nə olduğunu belə unutmuşuq. Martın 2-də bizim pərəstişkarlarımız da finalda iştirak edəcək və bizə mənəvi güc verəcəklər. Biz həmin səhnəni super şou və ifa ilə lərzəyə gətirəcəyik”. Qrup üzvləri Dilarə Kazımova və Fəridə Nelson həmin gün sonadək mübarizə aparacaqları, digər iki namizəd rəqib görmədiklərini qeyd edib: “Bilirik ki, hər üç namizəd hər birimiz çox böyük əziyyət çəkirik. Biz bu gün desək ki, hamıdan güclüyük, bu, düzgün olmaz”.
Qeyd edək ki, martın 2-də “Buta Palace”da keçiriləcək milli final konsertində üç namizəd Azərbaycanı 55-ci “Eurovision” müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparacaq. Məhz həmin gün Azərbaycanın builki müsabiqə təmsilçisi və ifa edəcəyi mahnı müəyyənləşəcək. Təmsilçini və mahnının seçmək isə 7 nəfərdən ibarət milli münsiflərin öhdəsinə verilib. Həmin gün Bakı səhnəsində namizədlərə dəstək olmaq üçün Rusiyanın “Fabrika zvezd” yarışmasının iştirakçısı Dakota və Gürcüstanın “Eurovision-2010” təmsilçisi Sofo Nijaradzenin xüsusi proqramla çıxışı nəzərdə tutulub.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib