Bank Of Baku

Faiq Ağayev iki uşaq nağılının audio versiyasının səsləndirilməsində iştirak edib

Faiq Ağayev iki uşaq nağılının audio versiyasının səsləndirilməsində iştirak edib
# 27 fevral 2010 20:01 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən sənətçi bildirib ki, o, “Qırmızı papaq”da müəllif, “Üç keçi” nağılında isə div obrazlarını səslənidirib. F.Ağayev yaxın vaxtlarda daha bir sosial layihəni dəstəkləyəcəyini də deyib. Sənətçi onu da bildirib ki, hazırda 8 mart Beynəlxalq Qadınlar Günündə keçiriləcək “Sevilməli zamandır” solo konsertinə hazırlaşır.

Qeyd edək ki, “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı ictimai birliyi tərəfindən 5 nağılın audio versiyası CD şəklində hazırlanır. Bunlar “Şəngülüm, Məngülüm, Şüngülüm”, “Qırmızı papaq”, “Üç keçi”, “Qoğal” və “Tıq-tıq xanım” nağıllarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR