Bank Of Baku

“Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin ifa etməsi üçün seçilən əcnəbi bəstəkarlara məxsus mahnıların adı məlum olub

“Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin ifa etməsi üçün seçilən əcnəbi bəstəkarlara məxsus mahnıların adı məlum olub
# 01 mart 2010 08:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil etmək şansı olan üç namizəd – Səfurə Əlizadə, Məryəm Şabanova və “Milk&Kisses” qrupunun martın 2-də “Buta Palace”da keçiriləcək milli final konsertində ifa edəcəkləri beş əcnəbi bəstəkara məxsus olan mahnıların adları məlum olub. Bu mahnıların müəlliflərinin, eləcə də mahnılarının adlarının məhz martın 2-də açıqlanması nəzərdə tutulsa da, mahnıların adları müsabiqə ilə bağlı yeni yaradılan saytda yerləşdirilib. APA “Azərbaycan-Eurovision” saytına istinadən xəbər verir ki, üç namizəd martın 2-də “Cancelled”, “Don’t Let The Morning Come”, “Drip Drop”, “Soulless” və “Under My Skin” mahnılarını ifa edəcəklər. Azərbaycan məhz bu mahnılardan biri ilə “Eurovision-2010” yarışmasında təmsil olunacaq.
Qeyd edək ki, Azərbaycanın “Eurovision” müsabiqəsində iştirakı ilə bağlı yeni yaradılan eurovisionaz.ucoz.net saytının fəaliyyətə başlaması ilə bağlı hələ ki, rəsmi məlumat olmasa da, bunun müsabiqənin Azərbaycan üzrə rəsmi saytı olduğunu da öyrəndik. Sayt artıq tam hazır formada fəaliyyətə başlayıb və müasir standartlara uyğun hazırlanıb. Saytda bu il 55 illik yubileyini qeyd edən “Eurovision” müsabiqəsinin tarixi, şərtləri, iştirakçı ölkələri barədə ətraflı məlumatlar verilib. Saytda Azərbaycanı bu müsabiqədə 2008 və 2009-cu illərdə təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə, eləcə də Aysel Teymurzadə və Araş haqqında maraqlı məlumatlar, fotosessiyalar yerləşdirilib. Bununla yanaşı, saytda bu il Azərbaycanı bu müsabiqədə təmsil etmək iddiasında olan üç namizədlər bağlı, eləcə də milli seçimlərlə bağlı məlumatlar daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR