Bank Of Baku

“Humay qızlar üçlüyü” ilk klipinin təqdimatını keçirib - FOTOSESSİYA

“Humay qızlar üçlüyü” ilk klipinin təqdimatını keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 01 mart 2010 09:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin tanınmış sənətçiləri Tarkan, Sərdar Ortac və Rafət El Romanı milli musiqi alətlərində müşayiət etmiş “Humay qızlar üçlüyü” ilk klipinin təqdimatını keçirib. APA-nın məlumatına görə, üçlükdə tarda (ud) Humay Qədimova, kamançada Sevinc Bağıyeva, nağarada (zərb) Mahirə Qurbanova ifa edir. Üçlük ilk klipini Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsəsin repertuarından “Hadi-hadi” mahnısına çəkdirib.

H. Qədimova bildirib ki, klip HD formatlı rəqəmsal kamera ilə çəkilib: “Bu klipin Azərbaycan televiziyaları ilə yanaşı, Türkiyə televiziyalarında nümayişi də nəzərdə tutulur. Hazırda bu istiqamətdə yaradıcı heyət olaraq danışıqlar aparırıq. 2003-cü ildən fəaliyyətə başlasaq da, ilk klipimizi çəkdirmək üçün məqamın indi yetişdiyini düşündük. Bundan sonra da Azərbaycanın milli mədəniyyətinin təbliğində əlimizdən gələni əsirgəməyəcəyik”.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı Vamiq Məmmədəliyev, xalq artisti Mənsum İbrahimov, bəstəkar Vaqif Gərayzadə üçlüyün işini yüksək qiymətləndirib. Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq Ritm” qrupu, müğənnilər Röya, Abbas Bağırov, Nadir Qafarzadə “Humay qızlar üçlüyü”nü yeni klip münasibətilə təbrik ediblər. Qonaqlar təqdimat mərasimində musiqi nömrələri ifa etməyi də unutmayıblar. Tədbirin sonunda üçlük Azərbaycanın bir neçə xalq mahnısını ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR