Bank Of Baku

“Eurovision-2010” mahnı müsabiqəsində Slovakiya və Latviyanın təmsilçiləri məlum olub – FOTO

“Eurovision-2010” mahnı müsabiqəsində Slovakiya və Latviyanın təmsilçiləri məlum olub – <font color=red>FOTO</font>
# 01 mart 2010 11:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Slovakiyanın təmsilçisi və ifa edəcəyi mahnı müəyyənləşib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Slovakiyanı müsabiqədə 22 yaşlı Kristina Pelakova “Horehronie” mahnısı ilə təmsil edəcək. Münsiflər heyətinin səsverməsi ilə bu namizəd ikinci olsa da, tamaşaçıların səsverməsi nəticəsində 12 namizəd sırasında birinci olub və təmsilçilik şansı qazanıb. Etnik-pop stilində olan mahnı Slovakiyanın dağlıq regionlarından bəhs edir. Təmsilçi müğənni ilk CD albomunu 2008-ci ildə buraxıb. Slovakiya “Eirovision” müsabiqəsinin mayın 25-də keçiriləcək I yarımfinalında iştirak edəcək.
Müsabiqədə iştirak edəcək Latviyanın təmsilçisi isə 10 namizəd arasından seçilib. Latviyanı 55-ci “Eurovision” müsabiqəsində gənc müğənni Aişa təmsil edəcək. O, milli finalda “What For?” mahnısı ilə rəqibləri arasında seçilib və müsabiqədə ölkəsini təmsil etmək imkanı qazanıb. Təmsilçi münsif və tamaşaçı səsverməsi nəticəsində seçilib.
Əlavə edək ki, Latviyada müsabiqənin mayın 25-də keçiriləcək I yarımfinalında finala keçmək uğrunda mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR