Bank Of Baku

Bu gün Bakıya gələcək Gürcüstan təmsilçisi Sofo Nijaradze “Eurovision-2010” müsabiqəsində “Shine” mahnısını ifa edəcək

Bu gün Bakıya gələcək Gürcüstan təmsilçisi Sofo Nijaradze “Eurovision-2010” müsabiqəsində “Shine” mahnısını ifa edəcək
# 01 mart 2010 12:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Gürcüstanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək müğənni Sofo Nijaradzenin müsabiqədə ifa edəcəyi mahnı müəyyənləşib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, həm münsiflər, həm də televiziya tamaşaçılarının qərarı ilə Sofo Nijaradze müsabiqədə “Shine” mahnısını ifa edəcək. Mahnının müəllifləri Hanne Sorvaag, Harry Somerdahl və Kristian Leuzziydiur. Bu mahnı 6 mahnı arasından seçilib. Mahnı üçün hazırlanmış şounun xoreoqrafı Laşa Oniani və geyim dizayneri Teona Elizbarashvilidir. Bu mahnı ilə Gürcüstan təmsilçisi mayın 27-də keçiriləcək II yarımfinalda çıxış edəcək.
Sofa Nijaradze “Shine” mahnısını ilk dəfə omartın 2-də Bakıda keçiriləcək Azərbaycan təmsilçisinin seçilməsi üçün milli final konsertində azərbaycanlı tamaşaçılar qarşısında ifa edəcək. Təmsilçinin Azərbaycana bu gün axşam gələcəyi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR