Bank Of Baku

Heydər Əliyev Sarayında “Novruz bayramında bahar nağılı” adlı üç günlük proqram təqdim olunacaq

Heydər Əliyev Sarayında “Novruz  bayramında bahar nağılı” adlı üç günlük proqram təqdim olunacaq
# 01 mart 2010 14:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayı 22-23-24 mart tarixlərində uşaqlar üçün “Novruz bayramında bahar nağılı” adlı bayram şənliyi təqdim edəcək. Sarayın mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, üç günlük bayram şənliyinə “Çiçəyim” uşaq teatrı, “Dəcəl qızlar”, “Azəri inciləri” rəqs kollektivləri, Pantomim Teatrının aktyorları və gənc müğənnilər qatılacaq.

A. Fərəczadə deyib ki, artıq şənliyin məşqləri başlayıb və maraqlı proqram hazırlanır: “Bayram proqramı üzərində 200-dən artıq insan çalışır”.

Biletlərin qiyməti 3-10 manat arasındadır. Proqram saat 12:00-da başlanacaq.

Qeyd edək ki, “Novruz bayramında bahar nağılı” üç günlük bayram şənliyinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR