Bank Of Baku

Tarkan sərbəst buraxılıb

Tarkan sərbəst buraxılıb
# 01 mart 2010 16:57 (UTC +04:00)
Bakı-APA. Dörd gün əvvəl narkotik maddə olan kokain istifadə etdiyinə görə, İstanbuldakı bağ evində saxlanılan dünya şöhrətli türk pop ulduzu Tarkan Tevetoğlu bu gün sərbəst buraxılıb. APA-nın “CNN Türk”ə istinadən xəbərinə görə, Tarkan Beşiktaşdakı İstanbul Prokurorluğuna ifadə verəndən sonra azad edilib. Sənətçi prokurora verdiyi ifadesində peşman olduğunu, ancaq dostlarını narkotik ilə təmin etmədiyini bildirib.
Məlumata görə, Tarkanın prokurorluqda ifadə verməsi cəmi 45 dəqiqə çəkib.
Prokurorluğa gətirilən zaman onun əllərinə qandal taxılmadığı bildirilib.

Tarkan polisə ifadəsində narkotik istifadə etməyə 6 il əvvəl başladığını və müalicə olunmaq istədiyini deyib.

Qeyd edilib ki, Tarkanın pərəstişkarları o ifadə verdiyi müddətdə prokurorluq binasının qarşısına toplaşıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR