Bank Of Baku

AySel Teymurzadə Araşın onun üçün bəstələdiyi yeni mahnının Azərbaycan versiyasını hazırlayıb – FOTOSESSİYA

AySel Teymurzadə Araşın onun üçün bəstələdiyi yeni mahnının Azərbaycan versiyasını hazırlayıb – <font color=red>FOTOSESSİYA </font>
# 02 mart 2010 11:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycana üçüncülük qazandıran AySel Teymurzadə duet ortağı Araşın onun üçün bəstələdiyi “Fallin” mahnısının yeni versiyasını hazırlayıb. Bu barədə APA-ya məlumat verən AySel Teymurzadə bildirib ki, bu mahnının yeni versiyası Azərbaycan dilindədir. Mahnının Azərbaycan versiyası isə reper Uran tərəfindən hazırlanıb. Bu gün Azərbaycanın 55-ci “Eurovision” müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçiriləcək milli final konsertində sənətçi ilk dəfə olaraq mahnının yeni versiyasını səsləndirəcək. Final şousunda AySelin ifasında həmçinin tamamilə yeni bir mahnı da ifa olunacaq: “Bu gün Məryəm Şabanova, Səfurə Əlizadə və “Milk&Kisses” qrupu ilə yanaşı, Azərbaycan üçün də çox vacib gündür. Bu gün biz kimin və hansı mahnı ilə beynəlxalq yarışmada Azərbaycanı təmsil edəcəyini biləcəyik. Bu ifaçının adını bilməyə lap az vaxt qalıb. Mənim üçün Osloda bizi kimin təmsil edəcəyi vacib məsələ deyil, ən vacibi odur ki, o layiqli təmsilçi olsun və qalib gəlsin. Mənə ondan bu yarışmada birinci yeri gözləyirəm. Qızların hər biri buna layiqdir, hamısına uğur arzu edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR