Bank Of Baku

Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsində təmsilçisinin seçilməsi üçün milli final konserti başlayıb - FOTO

Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsində təmsilçisinin seçilməsi üçün milli final konserti başlayıb - <font color=red>FOTO</font>
# 02 mart 2010 17:32 (UTC +04:00)
APA-nın məlumatına görə, Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi və onun ifa edəcəyi mahnı bir neçə saatdan sonra məlum olacaq. Artıq başlanan milli final konsertində Azərbaycanı təmsil etmək iddiasında olan üç namizəd – Səfurə Əlizadə, Məryəm Şabanova və “Milk&Kisses” qrupu 55-ci “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparacaqlar. Namizədlərin hər birinin ifasında üç mahnı səslənəcəyi bildirilib. Bu mahnılardan biri yeni, yəni müsabiqə üçün yazılmış mahnı olacaq. Bu mahnılar arasında Azərbaycan təmsilçisinin ifa etməsi üçün əcnəbi bəstəkarlar tərəfindən yazılmış beş - “Cancelled”, “Don’t Let The Morning Come”, “Drip Drop”, “Soulless” və “Under My Skin” mahnıları da var.

İfa olunacaq mahnıların bəstəkarlarının adı isə artıq başlanan milli final konsertində açıqlanacaq. Final mərhələsi üçün təşkil olunan şouda iştirak etmək üçün Rusiyanın “Fabrika zvezd” layihəsindən tanınan Dakota və Gürcüstanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək Sofo Nijaradze ölkəmizə gəliblər.

Azərbaycan təmsilçisinin seçilməsi üçün tamaşaçı səsverməsi həyata keçirilməyəcək. Təmsilçimiz və ifa olunacaq mahnı milli münsiflər heyətinin üzvləri İTV-nin baş direktoru İsmayıl Ömərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, dirijor Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev tərəfindən seçiləcək.

Azərbaycan təmsilçisinin seçilməsi üçün bu gün keçiriləcək milli final konserti müsabiqənin Azərbaycan üzrə Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Yayımları Şirkəti, həmçinin Türkiyənin TRT və Gürcüstanın İctimai Televiziyası ilə canlı yayımlanacaq.

Xatırladaq ki, milli finalda təmsilçilik uğrunda mübarizə aparacaq üç namizəd fevralın 2-də keçirilən milli yarımfinaldan 6 namizəd arasından seçiliblər. Bu il nə milli yarımfinal, nə də milli finalda tamaşaçı səsverməsindən istifadə olunmayıb.

Qeyd edək ki, Azərbaycan bu ilin mayında keçiriləcək 55-ci “Eurovision” müsabiqəsində mayın 27-də keçiriləcək II yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR