Bank Of Baku

“Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün yeddi münsif arasında olan xalq artisti Fərhad Bədəlbəyli final konsertində iştirak etməyəcək

“Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün yeddi münsif arasında olan xalq artisti Fərhad Bədəlbəyli final konsertində iştirak etməyəcək
# 02 mart 2010 18:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Martın 2-də Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsində təmsilçisinin seçilməsi üçün keçirilən milli final konsertində münsiflər heyətində təmsil olunan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli iştirak etməyəcək. Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli APA-ya açıqlamasında bildirib ki, Fərhad Bədəlbəyli canlı yayımlanan seçimə qatılmayacaq. Münsif heyəti öz səsini qiyabi şəkildə verəcək. Yəni seçimin sonunda Fərhad Bədəlbəyli ilə bağlantı yaradılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın 55-ci “Eurovision” müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün “Buta Palace”da milli final konserti keçirilir. Azərbaycanı builki müsabiqədə təmsil etmək uğrunda Səfurə Əlizadə, Məryəm Əlizadə və “Milk&Kisses” qrupu mübarizə aparır.

Xatırladaq ki. təmsilçimiz milli münsiflər heyətinin üzvləri İTV-nin baş direktoru İsmayıl Ömərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, dirijor Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev tərəfindən seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR