Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində Səfurə Əlizadə təmsil edəcək - FOTOSESSİYA
Azərbaycanın builki müsabiqə təmsilçisi bu gün “Buta Palace”da keçirilən milli finalda müəyyənləşib. Final mərhələsinə vəsiqə qazanan Səfurə Əlizadə, Məryəm Şabanova və “Milk&Kisses” qrupu 55-ci “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparıblar.
APA-nın məlumatına görə, “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli final konserti parti formasıdna, yəni tamaşaçıların ayaqüstü iştirakı ilə baş tutub. Bununla belə, bəzi qonaqlar üçün VİP oturacaq yerləri təşkil olunub.
Deyildiyi vaxtdan 25 dəqiqə gec başlayan milli final konsertinə Azərbaycanın xalq mahnısı “Sarı gəlin”in sədaları ilə start verilib. Elə həmin ifaçılar tərəfindən “Eurovision-2009” müsabiqəsində qalibiyyət qazanan “Fairytale” mahnısının sintez forması səslənib və bu mahnının müşayiəti ilə maraqlı rəqslər ifa olunub. Milli finalın aparıcılıq missiyasını yarımfinaldakı kimi İlham Qasımov və Hüsniyyə Məhərrəmova həyata keçirib.
Səhnəyə əvvəlcə qonaq qismində final konsertində iştirak etmək üçün xüsusi dəvət olunmuş Rusiyanın “Fabrika zvezd” layihəsindən tanınan Dakota cağırılıb. Müğənni repertuarındakı hit mahnıları ifa edib. Sənətçi Azərbaycanın ən yaxşı olduğunu da vurğulayıb və Azərbaycan təmsilçisini sona kimi dəstəkləyəcəyini qeyd edib.
Səfurə Əlizadə məhz Azərbaycanın “Eurovision-2010” təmsilçisinin ifa etməsi üçün əcnəbi bəstəkarlar tərəfindən təqdim olunmuş “Drip Drop” və “Under my Skin” və “Soulless” mahnılarını ifa edib. Təmsilçiliyə iddialı namizəd hər iki mahnını xüsusi hazırlanmış qara və qısa geyimdə, eləcə də xüsusi şou ilə təqdim edib. Namizədin təqdim etdiyi üçüncü mahnı isə öz repertuarından olub.
“Milk&Kisses” qrupu məhz təmsilçimiz üçün yazılmış beş yeni mahnıdan üçünü - “Drip, Drop”, “Under My Skin” və “Cancelled” ifa edib. Qrup üzvlərinin ifaları zaldakı tamaşaçıların və “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə rəsmi fan-klubu olan “OGAE Azerbaijan”ın daha çox alqışları ilə qarşılanıb. Qrup üzvləri Dilarə Kazımova və Fəridə Nelson hər bir mahnıda möhtəşəm şou nümayiş etdiriblər.
Təmsilçiliyə iddialı olan üçüncü namizəd Məryəm Şabanova “Under my skin”, “Drip drop” və “Soulless” mahnılarını tamaşaçılar və münsiflər heyəti qarşısında oxuyub. Bu namizəd də xüsusi geyim və şou ilə mahnıları təqdim edib.
Onu da vurğulamaq yerinə düşər ki, əcnəbi bəstəkarlar tərəfindən təqdim olunan mahnılarda Azərbaycanın milli koloritindən əsər-əlamət yoxdur.
Namizədlərin ifalarından sonra final konsertini izləyən 6 münsif qərar qəbul etmək üçün zalı tərk edib. Səhnəyə final konsertinin xüsusi qonağı, Gürcüstanı “Eurovision-2010” müsabiqəsində təmsil edən Sofo Niajardze dəvət olunub. O, Osloda 55-ci “Eurovision” müsabiqəsində ifa edəcəyi “Shine” mahnısını Azərbaycan tamaşaçıları qarşısında ifa edib. Sofo Nijaradzenin Bakı səhnəsindəki çıxışı alqışlarla qarşılanıb.
Daha sonra isə milli final konsertində “Eurovision-2009” yarışmasında Azərbaycanı təmsil edən AySel Teymurzadə “Fallin” mahnısının Azərbaycan versiyasını ifa edib.
Təmsilçimiz və ifa edəcəyi mahnı milli münsiflər heyətinin üzvləri İTV-nin baş direktoru İsmayıl Ömərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, dirijor Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev tərəfindən seçilib. Münsiflər heyətinin üzvü Fərhad Bədəlbəyli seçimdə iştirak etməsə də, öz səsini canlı bağlantı vasitəsi ilə verib.
Tədbiri Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti, həmçinin Türkiyənin TRT və Gürcüstanın İctimai Televiziyası canlı yayımlayıb. Milli final konsertini izləmək üçün Gürcüstanın İctimai Televiziyasının baş direktoru Gia Cantirya də Bakıya gəlib.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib