Bank Of Baku

“Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçiliyinin Səfurə Əlizadəyə həvalə olunması etirazla qarşılanıb - FOTO

“Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçiliyinin Səfurə Əlizadəyə həvalə olunması etirazla qarşılanıb - <font color=red>FOTO </font>
# 03 mart 2010 08:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi olaraq 17 yaşlı Səfurə Əlizadənin seçilməsi etirazla qarşılanıb. APA-nın məlumatına görə, təmsilçinin adı açıqlanmazdan əvvəl final gecəsinin aparıcıları İlham Qasımov və Hüsniyyə Məhərrəmova zaldakı tamaşaçıların rəyini bilmək məqsədi ilə final iştirakçılarının adlarını çəkiblər. Həm “Milk&Kisses” qrupu, həm də Məryəm Şabanovanın adları sürəkli alqışlarla qarşılansa da, Səfurə Əlizadənin adı açıqlananda alqış sədaları eşidilməyib. Təmsilçinin Səfurə Əlizadə olduğu açıqlananda isə final konsertini canlı izləyən tamaşaçılar, eləcə də Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə rəsmi fan-klubu olan “Ogae Azerbaijan” etiraz ediblər. Tamaşaçılar öz etirazlarını yerli media nümayəndələri ilə bölüşüb və nəticədən qane olmadıqlarını vurğulayıblar.

Qeyd edək ki, Azərbaycanı 55-ci “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin seçilməsində tamaşaçı səsverməsindən istifadə olunmayıb. Təmsilçi milli münsiflər heyəti tərəfindən müəyyənləşib.

“Eurovision-2010” müsabiqəsi bu ilin mayında Norveçin paytaxtı Osloda “Telenor Arena”da keçiriləcək. Azərbaycan müsabiqənin mayın 27-də keçiriləcək II yarımfinalında 16 ölkə ilə birlikdə yarışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR