Bank Of Baku

Azərbaycan təmsilçisinin ifa etməsi üçün təqdim olunan dörd mahnının bəstəkarlarının adları açıqlanıb – EKSKLÜZİV

Azərbaycan təmsilçisinin ifa etməsi üçün təqdim olunan dörd mahnının bəstəkarlarının adları açıqlanıb – <font color=red>EKSKLÜZİV </font>
# 03 mart 2010 09:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin ifa etməsi üçün Milli Təşkilat Komitəsinə göndərilən və martın 2-də keçirilən milli finalda üç namizədin ifasında təqdim olunan dörd mahnının bəstəkarlarının adı açıqlanıb. Bunu APA-ya eksklüziv açıqlamasında Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli deyib. Təqdim olunan bütün mahnıların əcnəbi bəstəkarlara məxsus olduğunu bir daha qeyd edən musiqi koordinatoru deyib ki, məhz bu mahnılardan biri Osloda Azərbaycanın builki “Eurovision” müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadənin ifasında səslənəcək. Azərbaycan təmsilçisinin ifa etməsi üçün təqdim olunan “Cancelled” mahnısının müəllifləri Stefan Örn və Negin Random, “Soulless” mahnısının müəllifi Anders Lundström, “Drip Drop” mahnısının müəllifləri Stefan Örn və Sandra Bjurman, “Under My Skin” mahnsının müəllifləri Stefan Örn və Phil Anquetildir. Z.Bədəlbəylinin sözlərinə görə, Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnının martın 19-a kimi açıqlanması nəzərdə tutulur. “Eurovision-2010” mahnımız da təmsilçimiz kimi milli münsiflər heyəti tərəfindən müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR