Bank Of Baku

Səfurə Əlizadə “Eurovision-2010” müsabiqəsinə hazırlıq üçün Ukrayna və İsveçə gedəcək

Səfurə Əlizadə “Eurovision-2010” müsabiqəsinə hazırlıq üçün Ukrayna və İsveçə gedəcək
# 03 mart 2010 12:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadə müsabiqəyə hazırlıq məqsədi ilə yaxın vaxtlarda Ukraynaya gedəcək. APA-nın məlumatına görə, Ukraynada onun ifa edəcəyi mahnının yenidən yazılması, eləcə də mahnıya klip çəkilişi nəzərdə tutulur. Təmsilçimizin bu müsabiqədə ifa edəcəyi dörd əcnəbi bəstəkarın təqdim etdiyi mahnı arasından seçiləcək həmin mahnı yenidən oranjeman olunacaq və lentə yazılacaq. Təmsilçinin səhnə şousu, ifası da məhz Ukraynada hazırlanacaq. Daha sonra isə Səfurə Əlizadənin digər hazırlıqlar üçün İsveçə gedəcəyi nəzərdə tutulur. Təmsilçimizin səhnə geyimi İsveçdə hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR