Bank Of Baku

Adil Kərimli: “Azərbaycan təmsilçisinin Eurovision-2010” müsabiqəsində ifa edəcəyi mahnı ilə bağlı yerli bəstəkarlara müraciətimiz nəticəsiz qaldı” - FOTO

Adil Kərimli: “Azərbaycan təmsilçisinin Eurovision-2010” müsabiqəsində ifa edəcəyi mahnı ilə bağlı yerli bəstəkarlara müraciətimiz nəticəsiz qaldı” - <font color=red>FOTO</font>
# 04 mart 2010 14:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisinin ifa etməsi üçün yerli bəstəkarlar tərəfindən heç bir mahnı təqdim edilməyib. Sözsüz ki, bu hal heç də qənaətbəxş hal deyil, ancaq ötən ilki kimi, bu ildə Azərbaycan təmsilçisi əcnəbi bəstəkarın mahnısını oxuyacaq. Bu hal Azərbaycan bəstəkarlıq məktəbi ilə bağlı heç də tərəddüd yaratmayacaq. Çünki 2008-ci ildə biz öz bəstəkarımızın mahnısı ilə yüksək səviyyədə təmsil olunduq və dünyaya sübut etdik”. Bu sözləri Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadənin yerli yox, məhz əcnəbi bəstəkarın mahnısının ifa etməsi barədə APA-nın sualını cavablandıran “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli deyib. Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, ötən il AySel Teymurzadənin duet ortağı Araşla birgə elə Araşın mahnısının ifa olunması ilə bağlı ilk məlumat da yerli əhali tərəfindən aqressivliklə qarşılanmışdı: “2009-cu ildə də biz Araşın mahnısının ifa olunacağını açıqlayanda, mütəxəssislər, əhali bu halı birmənalı qarşılamadılar. Hətta bu mahnıya görə aqressiv açıqlamalar da verənlər oldu. Ancaq əldə etdiyimiz uğurdan sonra artıq hamı mahnının mükəmməl olduğunu bildirdi və bizi alqışlarla qarşıladılar. Bu il də belə olacağına əminik. İndi biz neyləyək ki, dəfələrlə yerli bəstəkarlara müraciətimiz nəticəsiz qaldı. Bizim səsimizə xarici bəstəkarlar cavab verdi. Əcnəbi bəstəkarlar tərəfindən təqdim olunan mahnılardan biri münsiflər heyətinin qərarı ilə seçiləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR