Bank Of Baku

Səfurə Əlizadə sabah İsveçə gedəcək

Səfurə Əlizadə sabah İsveçə gedəcək
# 04 mart 2010 14:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımvoa – APA. Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadə müsabiqəyə hazırlıq məqsədi ilə sabah İsveçə gedəcək. APA-nın məlumatına görə, bunu müsabiqənin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli deyib. O bildirib ki, artıq sabahdan Səfurə Əlizadə ciddi hazırlığa başlayır və bu hazırlıq prosesində istirahət olmayacaq. Təmsilçimizin mahnı yazılışı İsveçdə aparılacaq. Daha sonra isə S. Əlizadənin digər hazırlıq prosesinin Ukraynada həyata keçirilməsi gözlənilir: “Hər il olduğu kimi, bu ildə müsabiqədə yüksək səviyyədə təmsil olunması üçün ən yaxşı şirkətlərlə əməkdaşlıq edəcəyik. Sabahdan bu əməkdalıq başlayacaq və Səfurə ən yüksək səviyyədə müsabiqəyə hazırlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR