Nümayəndə heyətinin rəhbəri: “Azərbaycanın “Eurovision-2010” təmsilçisinin seçilməsində saxtalaşdırma olmayıb” - FOTO
Mətbuat nümayəndələrinin “Səfurə Əlizadənin seçilməsində qeyri-obyektivlik olubmu” sualına cavab olaraq A. Kərimli seçimlərin obyektiv keçirildiyini qeyd edib: “Əgər həqiqətən də biz təmsilçinin kimliyini müəyyənləşdirsəydik, o zaman qornşu Türkiyə kimi sadəcə, təmsilçimizin adını açıqlayardıq və bu cür seçimlərə ehtiyac duymazdıq. Azərbaycan təmsilçisinin seçilməsi tam obyektiv şəkildə aparılıb. Buna qəti surətdə şübhə ola bilməz. Sadəcə, bizim istəyimiz peşəkar münsif heyətinin qərarı ilə seçimlərə qatılan namizədlər arasından daha yaxşısını müəyyən etmək idi və biz buna nail olduq”.
A. Kərimli qeyd edib ki, builki müsabiqədə təmsilçisinin ifa edəcəyi mahnı məhz əcnəbi bəstəkarlar tərəfindən təqdim olunan dörd mahnı arasından seçiləcək: “Mahnının seçilməsi prosesi isə martın 18-dək yekunlaşacaq. Səfurə Əlizadənin ifasında bu mahnılardan hansı daha yaxşı səslənsə o mahnı ilə də “Eurovision-2010” müsabiqəsində çıxış edəcək”.
Səfurə Əlizadənin seçilməsi ilə bağlı münsiflər heyətində tərəddüdlərin olduğunu da açıqlayan nümayəndə heyətinin rəhbəri deyib ki, hər üç finalçı çox yaxşı nəticə nümayiş etdirdi: “Ancaq üçünün də çıxışında hər hansısa qüsur var idi. Səfurənin səhnə görünüşü, eləcə də vokal imkanları digərlərindən daha üstün olduğu üçün o seçildi. Yəni Səfurə Əlizadənin digər finalçılardan üstünlüyü var idi və o bunu nümayiş etdirdi”.
Yaxın günlərdə isə final iştirakçılarına milli münsif heyəti tərəfindən verilən səslərin açıqlanacağını deyən A. Kərimli, xarici səfərdə olan, milli seçimlərdə də iştirak etməyən xalq artisti Fərhad Bədəybəylinin qiyabi olaraq finalçılara səs verdiyini və nəticələrdə saxtalaşdırmanın olmadığını bildirib.
Təmsilçi olaraq ilk dəfə yerli media qarşısına çıxan Səfurə Əlizadə isə özünə çox inandığını bir daha vuğrulayıb: “Mən uşaqlıdan arzuladığım ən böyük istəyimə çatdım.
Özümə inanmasaydım seçimlərə qatılmazdım, inandım və elədim. Oslodakı ifamla hər kəsin xoşuna gəlmək istəyirəm. İfam güclü olmalıdır”.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib