Bank Of Baku

Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə rəsmi fan-klubu: “Səfurə Əlizadəni dəstəkləyir və onun uğur qazanacağına inanırıq” - FOTOSESSİYA

Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə rəsmi fan-klubu: “Səfurə Əlizadəni dəstəkləyir və onun uğur qazanacağına inanırıq” - <font color=red>FOTOSESSİYA </font>
# 05 mart 2010 08:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Milli final seçimlərindən sonra ictimaiyyətdə, eləcə də yerli media da belə fikir formalaşıb ki, “Ogae-Azerbaijan” Səfurə Əlizadəni dəstəkləmir. Lakin bu fikirlərin heç biri həqiqətə uyğun deyil. Biz “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın rəsmi fan-klubu olaraq, təmsilçimizi dəstəkləyirik və Azərbaycana uğurlar arzulayırıq”. Bu sözləri APA-ya açıqlamasında “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın rəsmi fan-klubu olan “Ogae Azerbaijan”ın vitse-prezidenti Ömər Əbdülkərimov deyib. O bildirib ki, “Ogae Azerbaijan” S. Əlizadənin uğur qazanacağına inanır: “Əlbəttə, klubun hər üzvünün müəyyən favoriti vardı. Amma “Ogae Azerbaijan” klubu olaraq biz “Eurovision-2010” müsabiqəsində Səfurəyə həm təşkilatçılıq baxımından tam dəstək verəcək, həm də yüksək səviyyəli piar üçün hər cür köməklik göstərəcəyik”.

Vitse-prezidentin sözlərinə görə, artıq “Ogae Azerbaijan” Azərbaycanın builki yubiley müsabiqəsində Səfurə Əlizadənin təbliğatına başlayıb. Ö. Əbdülkərimov artıq bir sıra populyar Avropa saytlarında təmsilçimizin lazımi təbliğatının aparıldığını deyib. “Ogae Azerbaijan” əcnəbi bəstəkarlar tərəfindən təqdim olunan mahnılardan isə “Drip Drop”un “Eurovision-2010” müsabiqəsində ifa olunmasını istəyir.

Qeyd edək ki, 55-ci “Eurovision” müsabiqəsi Norveçin paytaxtı Osloda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR