Bank Of Baku

Fidan Hacıyeva televiziyalardan birində aparıcılıq edəcək

Fidan Hacıyeva televiziyalardan birində aparıcılıq edəcək
# 05 mart 2010 11:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva yeni televiziya layihə üzərində çalışır. APA-nın məlumatına görə, bunu müğənni bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanacaq veriliş “Harmoniya” adlanır. Proqramın yaradılmasında məqsəd Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasıdır.

Ayda 2 dəfə efirə çıxacaq verilişin ilk yayımı dahi Üzeyir Hacıbəyova həsr olunacaq.

F. Hacıyevanın layihə rəhbəri Elnur İslamovun rəhbərliyi altında isə “Oasis of the Sea”də kruiz səyahət gəmisində konsertinin təşkilinin də yaxın vaxtlarda həyata keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR